VR eynək üç ölçülü vizual məkanları simulyasiya edə bilən xüsusi bir cihazdır. Quruluşca plastik korpusdan, arakəsmə ilə təchiz olunmuş ekrandan və təsviri fokuslayan asferik linzalardan ibarətdir. Seyr edilən mənzərədə iştirak effekti jiroskop sensoru və akselerometr vasitəsilə bütün baş hərəkətlərini izləmə nəticəsində əldə olunan uyğunlaşdırılmış təsvirin hər gözə ayrı-ayrılıqda ötürülməsi ilə əldə olunur.
VR eynəyi əsasən 3D videoları izləmək və virtual məkanda iştirak effekti yaratmaq üçün istifadə olunur. Virtual reallıq qurğuları sayəsində tədris prosesi yeni səviyyəyə çıxa bilər, məsələn, insanın anatomiyasını, kosmik cisimlərin hərəkətini, həndəsi fiqurların quruluşunu, atomların və molekulların strukturunu, öyrəndikdə obyektlərə hər tərəfdən baxmaq imkanı yaranır.
VR eynək hər bir əşyanı istənilən baxış nöqtəsindən nəzərdən keçirmək imkanı verərək evin, otağın interyerinin həcmli modelini yaratmağa imkan verəcəkdir. Daha da irəli gedərək, müştəriyə öz zövqü ilə mebel yerləşdirməyi və ya divarları boyamağı təklif etmək olar. Biz layihənin bu cür təsdiqlənməsinin hər iki tərəfin ürəyincə olacağını güman edirik.
İstifadəçi ilə virtual reallıq elementlərini əsl qarşılıqlı əlaqə halına gətirmək üçün əlavə təhcizatdan istifadə olunur:
İlk anda absurd səslənsə də, virtual reallıq ünsiyyət üfüqlərini genişləndirir. Məsələn, virtual konfrans zalında müşavirə keçirmək, memarlıq, mühəndislik və digər layihələr üzərində birgə işləmək və ya zondları, dəzgahları və robotları məsafədən idarə etmək mümkündür.