HƏLLƏR

AĞILLI DY – TAKSİ

“İdrak Technoloji Transfer” MMC– də həm avtomobil, həm də dəmir yolları boyunca hərəkət edə biləcək unikal bir pilotsuz nəqliyyat vasitəsi işlənib hazırlanmışdır.

Bu platforma süni intellekt, robot texnikası və nəqliyyat funksiyalarını birləşdirir. Ağıllı nəqliyyat vasitəsi quraşdırılmış qabaqcıl naviqasiya sistemi ilə təchiz olunmuşdur. Avtopilot funksiyaları kameralar, sensorlar,  radarlar və lidar sayəsində həyata keçirilir. LİDAR xüsusi radarları və sistemləri yolun relyefini  audio və video – nəzarət vasitəsi ilə təhlil edir.

Nəqliyyat vasitəsi yollarda sürücü-insan tərəfindən idarə olunsa da, dəmir yolları üzrə hərəkət pilotsuz rejimdə həyata keçirilir.

İdarəetmə sistemi pilotsuz süni intellekt alqoritmlərini istifadə edərək, daxili kameralardan alınmış məlumatlar əsasında işləyir.

 

FUNKSİONAL İMKANLARI:

  • Audio idarəetmə modulu
  • GPS izləmə modulu
  • Ağıllı videoregistrator modulu
  • Sensor modulu
  • Videoanalitika modulu
  • Modul “DYP – in elektron protokolu”
  • Təcili zəng modulu
  • Yol hərəkəti qaydalarının pozulması qeydiyyat modulu
  • Toqquşmalardan və qəzadan müdafiə modulu
  • Sürücüyə nəzarət modulu
  • Nəqliyyat vasitəsinin idarəsinə yardım modulu
  • Təhlükəsizlik modulu

Sistem işiqforların siqnallarını, dəmir yollarında yol nişanlarını və kənar obyektləri tanıyır. Bundan əlavə, dəmir yolu ilə hərəkət zamanı lazım olduqda qəza əyləcini işə salır.

Bort kompüterləri nəqliyyat vasitəsində quraşdırılmış cihazların idarə edilməsini həyata keçirirlər. Cihazlar simli və simsiz rabitə texnologiyaları vasitəsilə bort kompüterlərinə qoşulmuşdur. Bu kompüterlər video və metadata, eləcə də nəqliyyat vasitəsinin hərəkət marşrutu haqqında məlumatları saxlayır. Ağıllı nəqliyyat vasitəsi sürücü və sərnişinlər öz gündəlik və ya xidməti vəzifələrini yerinə yetirə bilməsi üçün rahat şərait yaradır.