Hal-hazırda taksomotor parklarının xidmətlərinə müştərinin tələbatının ödənilməsinə yönəlmiş bütün fəaliyyət zəncirinin qurulması tələb olunur. Müştərilərə göstərilən xidmətdə və nəqliyyat vasitəsinin sürətli şəkildə təqdim olunmasında peşəkarlıq göstərmək lazımdır. Mövcud avtomobillərin yerini daim izləmək və ən yaxın olanları sifarişə yönəltmək gərəkdir.
“İdrak Texnoloji Transfer” MMC nəqliyyat vasitələrinin monitorinqi, operativ idarə edilməsi və nəqliyyat logistikası məsələlərinin həlli üçün proqram-aparat kompleksini – Taxi Management (“Standard/Premium” TMS) sistemini təklif edir.
TMS “Standard/Premium” avtomobilin yeri, göstəriciləri və sürücünün davranışı haqqında lazımi məlumatları verir.
Bizim qəbul etdiyimiz həllər nəqliyyat vasitəsi və sürücü performansını real vaxt rejimində izləməyə, planlaşdırmağa və təhlil etməyə imkan verir.
Layihənin əsas məqsədi avtomobil nəqliyyatından səmərəli istifadə etmək və məsafədən nəzarət son texnologiyalarından istifadə etməklə logistika məsələlərinin həlli üçün sifarişçilərə yeni imkanlar yaratmaqdır.
Taxi Management Sistemi büdcənin formalaşmasına və onların məhsuldarlığının əhəmiyyətli dərəcədə artırılması üçün nəqliyyat resurslarının idarə edilməsinə dəqiq və effektiv yanaşma təmin edəcəkdir.
Təklif olunan həll rahat və sürətli xidmət göstərən istənilən müştəri tələblərini təmin edir. Marşrutların optimallaşdırılması, əsas sistemlərin iş qabiliyyətinə nəzarət, kompüter dispetçerizasiyası, real vaxt rejimi, düşünülmüş hesabat sistemi məhsuldarlığın artırılması və mənfəətin artması üçün vasitələrə xidmət edəcəkdir.
Şirkətin elmi-istehsalat bazası işlərin sürətli və keyfiyyətli yerinə yetirilməsini təmin etməyə imkan verən müasir texniki vasitələr və proqram təminatlarından ibarətdir.
Taxi Management sisteminin tətbiqi zamanı texniki dəstəyin əlçatanlığının olması mühüm amildir.
Taxi Management sistemi real vaxtda məlumat ötürülməsi vasitəsilə monitorinq etmək imkanı verir. Məlumat axınları xüsusi hadisələr haqqında məlumatları ehtiva edir. Bu, Monitorinq Mərkəzinin operatoruna baş verən hadisələrə reaksiya verməyə imkan verəcək.
Məlumat ötürülməsi avadanlıqlarının ümumi funksionallığı iki əməliyyat rejimini təmin edir: