Dəqiq kənd təsərrüfatı (DKT) – kənd təsərrüfatı istehsalatı proseslərinin monitorinqi və optimallaşdırılması üçün rəqəmsal üsullardan istifadə edən kənd təsərrüfatı idarəetməsinin müasir konsepsiyasıdır. DKT konsepsiyası bütün sahəyə eyni miqdarda gübrə səpmək və ya heyvan sürüsünü eyni miqdarda yem ilə qidalandırmaq əvəzinə sahə çərçivəsində şəraitin fərqini (rütubəti, torpağın tərkibini və s.) ölçməyi və ya ayrı-ayrı heyvanların tələbatlarının nisbətini qiymətləndirməyi və gübrələrin daxil edilməsi, məhsul yığımı startegiyasını adaptasiya etməyi və ya müvafiq olaraq hər ayrıca heyvan üçün qidalanmanı optimallaşdırmağı təklif edir.
DKT üsulları əsasən yeni sensor texnologiyaların, peyk naviqasiya texnologiyaların və mövqeləşmənin, həmçinin əşyaların İnternetinin uyğunluğuna əsaslanır. Misal üçün, torpaq sahəsində yaşıllığın sıxlığının qiymətləndirilməsi üçün üzərində multispektral kamera ilə PUAnın köməyi ilə sahələrin taranması üsulu geniş tətbiq olunur. Bu cür tarama məlumatları NDVI (Normalized Difference Vegetation Index) əldə etmək üçün istifadə olunur. Bu ölçşüsüz indeksdir, hansı ki, bitki örütyünün görünən və yaxın infraqırmızı diapazonlarda əks olunma əmsalları arasındakı fərqi təsvir edir və torpaq sahəsində yaşıllığın sıxlığının qiymətləndirilməsi üçün istifadə oluna bilər.
DKT ehtiyatlardan (su, enerji, gübrə, pestisidlər. s.) az istifadə etməklə kənd təsərrüfatı məhsullarının sayını və keyfiyyətini artırmağa xidmət edir.
Kənd təsərrüfatı sahəsində multispektral təhlilin məqsədi torpağın ən çətin əldə olunan hissələrində bitkilərin effektivliyini və sağlamlığnı artırmaqdan ibarətdir. NDVI-nın müntəzəm təhlili kənd təsərrüfatında dəyişklik dinamikasını izləməyə, həmçinin torpaq sahələrinin məhsuldarlığına nəzarət etməkdir. Burada həmçinin botaniklərə böyüməni və bitkilərin böyümə vəziyyətini, o cümlədən torpağın məhsuldarlığını qiymətləndirməyə imkan verən yaşıllığın sıxlığı təsvir olunur.
Bu gün kənd təsərrüfatında işi xüsusi maşınlardan istifadə olmadan təsəvvür etmək çətindir, onların əssas hisssini tarktorlar təşkil edir. Traktorlar müxtəlif yol şəraitində ən müxtəlif vəzifələr yerinə yetirməyə qadirdir, bu səbəbdən onlardan yalnız kənd təsərrüfatında deyil, həm də kommunal məqsədlərdə, tikintilərdə, fermalarda, meşə təsərrüfatında istifadə edirlər.
Kənd təsərrüfatı üçün texnologiyanın inkişafı, əmək məhsuldarlığının artması, torpaq sahələrinin orta sahəsinin bir fermerə azalması və ixtisaslaşdırılmış fermaların kənd təsərrüfatı komplekslərinə çevrilmə meylinin güclənməsi ilə özünün yığcam olması səbəbindən ümumi adı «minitraktor» olan kiçik, çoxfunksiyalı və mobil maşınlara tələbat artır.
«İDRAK Technology Transfer» şirkətinin hazırladığı «BrumeID» soyuq duman generatoru bakteriyalar, böcəklər – zərərvericilərlə mübarizə aparmaq, bitkilərin və bağ bitkilərinin emalı, gübrələrin istixanalarda və açıq havada uzun məsafələrə yayılması üçün ən müasir və səmərəli qurğulardan biridir.
«BrumeID» soyuq duman generatorları tətbiq ssenarilərindən asılı olaraq müxtəlif prinsip əsasında
işləyirlər. Ultrasəs texnologiyası işçi məhlulunu ultrasəs vasitəsilə damla ilə parçalayır, elektriklə idarə
olunan kompressor tərəfindən xaricdən vurulan hava axınına işçi məhlulu vuraraq duman əmələ gətirir.
NDVI bölgüsünə uyğun olan müxtəlif rəng çalarları ilə xəritədən istifadə etməklə əkin sahələrində bitki örtüyünün sağlamlıq səviyyəsini öyrənmək olar
NDVI təhlilinin nəticələrindən asılı olaraq və ya profilaktik məqsədlərlə PUA əkin sahələrinin ayrı-ayrı hissələrinə pestisidlər püskürə bilər.
Bu üsul vaxta və bitkilərin emalı üçün vasitələrə qənaət etməyə kömək edir.
Kənd təsərrüfatı sahələrində müntəzəm monitorinq keçirməklə PUA-nın köməyi ilə potensial risklərin qarşısnı almaq və aradan qaldırmaq mümkündür.
Aqrorobot – kənd təsərrüfatında suvarma; kimyəvi gübrələrin, pestisidlərin, insektisidlərin püskürməsi, alaq otların çıxarılması və s. kimi proseslərin avtomatlaşdırılması üçün istifadə olunan robotdur.
Aqrorobot əkin və məhsul yığımı zamanı sahə boyunca operatordan və ya avtonom rejimində əldə etdiyi koordinatlar üzrə hərəkət edə bilər. Robota avtonom rejimində koordinatlar ağıllı kənd təsərrüfatı sistemi serverindən ötürülür. PUA-da və robotların üzərində quraşdırılmış multispektral kameralardan əldə olunan video məlumatlar hesablama mərkəzinə ötürülür. Onların emalı nəticəsində ərazidə göstəricilərin bölgüsü üzrə müvafiq xəritələr tərtib olunur (misal üçün, Normallaşdırılmış Müxtəlif Cücırmə İndeksi). Xəritələrə uyğun olaraq fəaliyyət planı yaradılır, ona əsasən, Robotun icra etməsi üçün nəzərdə tutulan əməliyyatlar ərazidə koordinatlarla uyğunlaşdırılıb.
«IDRAK Technology Transfer» şirkəti herbisid və pestisidlərdən istifadə etmədən bitki zərərvericiləri və xəstəlikləri ilə mübarizə aparmağa imkan verən «GrOwerID» texnologiyasını hazırlayıb.
Ozonun bitkiçilikdə tətbiqi, birincisi, ozonun çox yüksək oksidləşmə qabiliyyəti (yalnız ftor güclü olacaq), ikincisi, onun hər yerdə mövcudluğu (havanın oksigenindən istehsal olunur) ilə izah olunur. Üçüncüsü, ozon müxtəlif kimyəvi maddələr tətbiq etmədən istədiyi nəticəni əldə etməyə imkan verir ki, onların qalıq izi son məhsuldan çıxarıla bilməz, bu da onun dəyərini azaldır və ya tamamilə istifadəyə yararsız edir.