HƏLLƏR

AGILLI PARKLANMA SISTEMI

Bütün dünyada avtomobillərin, xüsusən də şəxsi istifadə avtomobillərinin sayının sürətlə artması parklanma meydançalarının çatışmazlığı problemini doğurub. Digər tərəfdən, qeyri-planlı təşkil olunmuş avtomobil dayanacaqları yaşayış komplekslərinin həyətlərində avtomobillərin rotasiyasını çətinləşdirir. Zavod şəraitində istehsal olunan sürətli istehsal olunan konstruksiyaları özündə cəmləşdirən Ağıllı Parklanma Sistemi şirkətimiz tərəfindən bu problemlərin cəmini həll etmək üçün təklif olunur. Avtomatlaşdırılmış dayanacaq sistemi avtomobil sahibinin biometrik və fərdi məlumatlarının oxunması üçün video kameralar və innovativ texnologiyalarla təchiz olunub, yüksək təhlükəsizlik standartlarına cavab verir və şəhər infrastrukturuna asanlıqla inteqrasiya olunur.

AGILLI PARKLANMA SISTEMININ IS PRINSIPI

Ağıllı parklanma sistemi, aktivləşdirilərkən məkanı skanerləşdirən, park yerinin statusu haqqında real vaxt rejimində məlumat verən (sərbəst/məşğul) sensorlarla təchiz edilmiş kompleksdir və təhlükəsiz dayanacağın həyata keçirilməsinə imkan verir. Məkan rəqəmsallaşdırmanın keyfiyyəti hərəkət sürətindən asılıdır. Ağıllı parklanma həm perpendikulyar, həm də paralel şəkildə yerinə yetirə bilər.

Sistemin komponentləri:

  • Təmassız RFID oxuyucuları;
  • Parklanma yerlərinin məşğulluğuna nəzarət;
  • Sürücünün və nəqliyyat vasitəsinin identifikasiyası;
  • Nəqliyyat vasitəsinin mövcudluğunu müəyyən edən müxtəlif tipli sensorlar;
  • Parklanma yerində mövcud vəziyyəti göstərən (sərbəst/məşğul) iki rəngli (qırmızı/yaşıl) indikatorlar;
  • Parlaq, erqonomik və işıqlandırma üçün yüksək mənbəyə malik LED panellər;
  • Electronic Parking innovativ proqram təminatı olan idarəetmə blokları:
    • Elektron idarəetmə bloku;
    • Mərkəzi idarəetmə bloku;
    • Parklanma maneələri;
    • İşıqfor;
    • Ödəniş sistemləri.

Sistemin funksionallığı:

  • Nömrə nişanlarının avtomatik tanınması;
  • Parklanma yerinə girərkən boş yerlərin vizual təsviri;
  • Qeydiyyatdan keçmiş müştərilər üçün avtomatik giriş və çıxış ssitemi;
  • Boş yerlər haqqında məlumatları olan İnternet portalı və mobil tətbiq;
  • Onlayn dayanacaq qeydiyyatı;
  • Təhlükəsiz parklanma zamanı kömək – parklanma zamanı sürücüyə səsli təlimatların verilməsi;
  • Avtonaviqatora boş yer haqqında informasiyanın ötürülməsi;
  • Parklanma haqqında avtomatik məlumat yığımıı;
  • Parklanma yerlərinin məşğulluq statistikasının verilməsi.