HƏLLƏR

BİOMETRİK MƏLUMAT BANKI. BİOMETRİK İDENTİFİKASİYA SİSTEMİ

Hər bir ölkənin əsas resursu onun əhalisidir və səmərəli dövlət siyasətinin (sosial, siyasi, iqtisadi) həyata keçirilməsinin rəhni əhalinin qeydiyyat və uçotunun etibarlı və müasir sisteminin mövcudluğudur. Elektron sistemlərin geniş tətbiqi ilə əlaqədar olaraq onlar tez – tez pərakəndə və daryönümlü şəkildə yaradılır və onlarda məlumat toplandıqca, təkrarlanmaqda olan, qeyri-dəqiq və qeyri-aktual informasiyanın olması, inteqrasiyanın və optimal istifadənin mümkünsüzlüyü kimi problemlər meydana çıxır. Bu cür problemlərin ən effektiv həlli ölkəyə gələn və ya yaşayan şəxslərin etibarlı identifikasiyası üçün biometrik texnologiyaların tətbiqidir.

 

FUNKSİONAL İMKANLARI:

  • On və yüz milyonlarla qeydlərin dəstəyi ilə multi-modal biometrik məlumatların (barmaq və ovuc izləri, üz və gözün qüzəhi qişasının şəkilləri) böyük miqyaslı, yüksək performanslı və imtinaya davamlı sistemi daxilində istifadəsi;
  • Beynəlxalq ANSI və ISO standartları həmçinin mülkiyyət formatları istifadə edərək biometrik şablonların yaradılması;
  • Ümumiləşdirilmiş biometrik xüsusiyyətlər toplusunu və nəticələrin etibarlılığını artırmaq üçün birləşmə alqoritmlərinin istifadəsini ehtiva edən mürəkkəb şablonlar üçün dəstək;
  • Müxtəlif mənbəli sistemlərdən alınan biometrik, fərdi və sənədli məlumatların daxil edilməsi və yenilənməsi;
  • Real vaxt və təxirə salınmış rejimlərdə təkrarlanan biometrik informasiyanın aşkar olunması;
  • Saxtakarlıq faktlarının aşkar edilməsi üçün təkrarlanmış qeydlər və ya araşdırmaların aparılması üzrə qərarların qəbul edilməsi;
  • Təkmilləşdirilmiş müqayisə dəqiqliyi üçün barmaq və ovuc izi şəkillərin daxili redaktoru;
  • Biometrik yoxlama və identifikasiya xidmətlərinin təmin edilməsi- xarici sistemlərlə inteqrasiya üçün birdən birə və birdən çoxa nümunə müqayisələri;
  • Sistemin çevik konfiqurasiyası həm avtomatik, həm də əl rejimində kəsişmələrə görə biometrik parametrlərdəki dəyişikliklər.

Biometriya ölçülə bilən unikal bioloji, fizioloji və davranış xüsusiyyətləri əsasında insanların tanınması sistemidir. Ən geniş yayılmış, etibarlı, tətbiqi üçün kifayət qədər sadə və nəticədə əhalinin iri elektron qeydiyyat sistemlərində istifadə üçün daha əlverişli olan biometrik xarakteristikalar barmaq və ovuc izləri, üz təsvirləri və gözlərin qüzəhi qişasından ibarətdir.

Şirkət tərəfindən yaradılmış “Biometrik məlumat bankı” həlli biometrik məlumatların toplanması, müxtəlif mənbələrdən informasiyanın birləşdirilməsi, verifikasiya və identifikasiya funksiyalarının verilməsi və xarici sistemlərlə çevik inteqrasiya məsələlərinin bütün spektrini yerinə yetirməyə imkan verir. Biometrik məlumatlar bankından istifadə müxtəlif sahələrdə dövlət və özəl xidmətlərin daha sadə, sürətli, təhlükəsiz və rahat göstərilməsini təmin edir, saxtalaşdırma və digər pozuntuların qarşısını alır.