“E-GATE” MUXTAR SƏRHƏD KEÇIDI
«E -Gate» – Şəxslərin sadələşdirilmiş avtomatik sərhəd nəzarətini həyata keçirmək üçün nəzərdə tutulmuş proqram və avadanlıq kompleksidir.
FUNKSİONAL İMKANLAR:
- Verilmiş sənədin maşın-oxunaqlı MRZ zonalardan və elektron daşıyıcıdan əldə edilmiş məlumatın avtomatik oxunması, tanınması və müqayisəsi;
- Sənədi təqdim edən şəxs üçün avtomatlaşdırılmış keçidin mövcudluğunun müəyyənləşdirilməsi;
- Şəxsin biometrik məlumatlarının alınması və İAMAS məlumat bazasında yoxlanılması;
- Sərhəd keçid qaydalarına uyğun olaraq məlumatların yoxlanılması və sərhəddən keçmək imkanı haqqında qərarın avtomatik formalaşdırılması;
- Yoxlamanın uğurlu keçirilməsi zamanı sərhəd keçid faktının avtomatik qeydə alınması;
- Hər hansı bir pozuntunun aşkar edilməsi zamanı sərnişinin bloklanması;
- Yaranmış pozuntular və problemlər haqqında sistem operatorlarına məlumatın verilməsi;