HƏLLƏR

“E-GATE” MUXTAR SƏRHƏD KEÇIDI

 

«E -Gate» – Şəxslərin sadələşdirilmiş avtomatik sərhəd nəzarətini həyata keçirmək üçün nəzərdə tutulmuş proqram və avadanlıq kompleksidir.

 

FUNKSİONAL İMKANLAR:

  • Verilmiş sənədin maşın-oxunaqlı MRZ zonalardan və elektron daşıyıcıdan əldə edilmiş məlumatın avtomatik oxunması, tanınması və müqayisəsi;
  • Sənədi təqdim edən şəxs üçün avtomatlaşdırılmış keçidin mövcudluğunun müəyyənləşdirilməsi;
  • Şəxsin biometrik məlumatlarının alınması və İAMAS məlumat bazasında  yoxlanılması;
  • Sərhəd keçid qaydalarına uyğun olaraq məlumatların yoxlanılması və sərhəddən keçmək imkanı haqqında qərarın avtomatik formalaşdırılması;
  • Yoxlamanın uğurlu keçirilməsi zamanı sərhəd keçid faktının avtomatik qeydə alınması;
  • Hər hansı bir pozuntunun aşkar edilməsi zamanı sərnişinin bloklanması;
  • Yaranmış pozuntular və problemlər haqqında sistem operatorlarına məlumatın verilməsi;

SİSTEMİN TƏRKİB HİSSƏLƏRİ:

  • İdarəedici kontroller;
  • Sənəd oxuyucusu;
  • Barmaq izlərin skaneri;
  • Ekran;
  • Yüksək icazəli videokamera;
  • Xəbərdarlıq lampası;
  • CCTV kamera.