HƏLLƏR

“E-PLOMB” – YÜK DAŞIMALARININ TƏHLÜKƏSİZLİK

Elektron plomblar ölkə ərazisindən keçən yüklərin bütövlüyünə nəzarət edən etibarlı vasitələrdən biridir. Elektron plomblardan istifadə istənilən nəqliyyat növü ilə daşınma zamanı yüklərin hərəkətinin monitorinqini həyata keçirməyə və təhlükəsiz marşrutunu izləməyə imkan verir. Elektron plomb kiçik bir cihazdır. Hər bir plombun unikal identifikasiya nömrəsi (ID-nömrəsi) və təhlükəsizlik hörgüsünə bağlanmış optik lifli kabeli vardır. Elektron plomblar saxtalaşdırmadan yüksək dərəcədə müdafiəyə və etibarlı yarılma aşkarlanması sisteminə malikdirlər.

Yük konteynerinə icazəsiz təsirlərin aşkar edilməsi üçün (məs., qaldırma) elektron plomblar  xüsusi sensorlar ilə (giroskop və akselerometr) təmin edilir. Elektron plomblar daşınan yük haqqında məlumatların, həmçinin gömrük rəsmiləşdirilməsi və nəzarət məqsədləri üçün zəruri olan digər məlumatların yazılması və oxunması imkanını təmin edir.

Xüsusi hazırlanmış proqram təminatı aşağıdakı funksiyalara imkan verir:

  • Elektron möhürdən mərkəzə məlumat göndərmə tezliyinin konfiqurasiya edilməsi
  • Möhürlərin statusuna nəzarət
  • Pozuntu faktlarının dərhal qeydə alınması
  • Yükün hərəkəti barədə yeri və marşrut üzrə məlumatın alınması və s.

Elektron plomblar buraxılış məntəqələrində gömrük prosedurlarının keçirilməsini əhəmiyyətli dərəcədə sadələşdirir və sürətləndirir. Gömrük nəzarəti məntəqələrindən keçmə zamanı mümkün saxtalaşdırma faktlarını istisna etməyə, həmçinin yük daşımalarının özlərinin təhlükəsizliyinin artırılmasına imkan yaradır.

DAXiLi ELEMENTLƏR

  • Radiooxunaqlı çiplər (RFID-çip)
  • Bluetooth ötürücü
  • Yer təyin olunması üçün yerləşdirilmə modulu
  • Rabitənin təmin edilməsi üçün Rabitə modulu (GSM/GPRS) və s.