ELEKTRON PASPORTLARIN VERİLMƏSİ SİSTEMİ
Elektron pasport – dövlət sərhədlərini keçərkən və xaricdə olarkən sahibin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən dövlət sənədidir. İnformasiya texnologiyalarının geniş inkişafı, elektron sərhəd nəzarəti sistemlərinin və dövlət pasport xidmətlərinin tətbiqi ilə əlaqədar olaraq, əl ilə doldurulmuş yapışdırılmış foto ilə sadə bukletlərdən tutmuş MRZ maşın oxunan zonası və məlumatların cildinə və ya səhifəsinə daxil edilmiş elektron daşıyıcıya, məlumatın biometrik rəqəmsal formada saxlanılması üçün qorunan sənədlərə qədər inkişaf etdirilmişdir.
FUNKSİONAL İMKANLARI:
- Xüsusi modul istifadə edərək, ərizəçi məlumatlarının daxil edilməsi:
- Fərdi məlumatlar;
- Şəxsiyyət vəsiqəsi və əvvəlki pasport kimi ilkin sənədlər haqqında məlumat;
- Biometrik məlumatlar – İCAO və ISO Beynəlxalq Standartlarına uyğun olaraq yoxlanılmasının həyata keçirilməsi ilə üz, barmaq izlərinin, gözün qüzəhi qışasının təsvirləri;
- Pasportun emalı və verilməsi üçün lazım olan əlavə məlumatlar;
- Xüsusi verifikasiya modulundan istifadə edərək ərizəçi məlumatlarının yoxlanılması:
- Pasport almaq üçün ərizənin verilməsinin səbəbləri;
- Bir və ya daha çox müxtəlif məlumat toplama nöqtələrində ŞV almaq üçün eyni vaxtda müraciət edilməsi hallarının müəyyən edilməsi və qarşısının alınması;
- Ərizəçinin qəbul edilmiş biometrik məlumatlarının Dövlət Biometrik Bankında onun biometrik məlumatları ilə verifikasiya və identifikasiya vasitəsilə uyğunsuzluq hallarının aşkar edilməsi;
- Məhdudiyyətlərin siyahısı ilə ərizəçinin şəxsi məlumatları və ilkin sənədi haqqında məlumatın yoxlanılması;
- Pasportun istehsalı və ya ərizənin rədd edilməsi haqqında qərar qəbul edilməsi;
- Elektron sənədlərin xüsusi fərdiləşdirmə altsistemindən istifadə edərək sənəd istehsalı:
- İstehsalat tapşırıqların prioritetləri və verilmə yerləri üzrə bölgüsü;
- Lazer oyma və ya çap vasitəsilə vizual fərdiləşdirmə;
- İCAO PKI xüsusi altsistemi və digər kriptoqrafik alt sistemlərlə inteqrasiyadan istifadə edərək çipin elektron kodlaşdırılması;
- Əsas və fərdiləşdirilmiş məlumatların avtomatik və manual yoxlanılması daxil olmaqla, həm vizual, həm də elektron fərdiləşdirilməsini müvəffəqiyyətlə təmin edən xüsusi qurğular və proqramlardan istifadə edərək keyfiyyətin yoxlanılması (QA);
- Təkrar fərdiləşdirmə və istehsaldan imtina proseslərinin idarə edilməsi;
- Qəbul edənin biometrik indetifikasiyasını həyata keçirmək imkanı ilə xüsusi moduldan istifadə etməklə vətəndaşa hazır vəsiqənin verilməsi;
- Mövcud istifadə edilmiş və yararsız blanklarının inventarlaşdırması;
- Elektron veb-servislərdən istifadə etməklə həyata keçirilən pasportlar haqqında Sərhəd xidməti və Miqrasiya nəzarəti orqanları kimi xarici dövlət orqanlarına məlumatların təqdim edilməsi.
Müasir pasportların böyük əksəriyyəti ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) rəsmi beynəlxalq səyahət sənədlərinə dair tövsiyələrinə uyğundur.
Şirkət tərəfindən işlənib hazırlanmış elektron pasportların verilməsi sistemi vətəndaşların pasportlarla təmin edilməsinin bütün mərhələlərini dəstəkləyir, o cümlədən məlumatların toplanması, yoxlanılması, istehsalı, verilməsi və eyni zamanda vətəndaşların şəxsi məlumatlarının və onların sənədlərinin tam təhlükəsizliyini təmin edən ən yüksək təhlükəsizlik səviyyəsinə malikdir. Sistem bütün prosesi beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilir.
TEXNİKİ TƏMİNAT:
- Biometrik foto – kabin;
- Təmassız RFID oxuyucu ilə tam səhifə sənəd skanneri;
- Sənədlərin portativ skaneri MRZ OCR;
- Ethernet və USB interfeysi ilə videokameralar;
- Fotokameralar;
- Barmaq izlərinin skanerləri;
- Gözün qüzəhi qişasının skanerləri;
- Sənədlərin planşet skanerləri;
- Fərdiləşdirilmiş lazer oyma maşınları;
- Lazer, ınkjet, sublimasiya printerləri.