HƏLLƏR

ŞV VƏ PASPORTLARIN FƏRDİLƏŞDİRİLMƏSİ SİSTEMİ

Rəqəmsal informasiya texnologiyalarının durmadan inkişafı və etibarlı şəxsi identifikasiyanın, dövlət və özəl xidmətlərin göstərilməsinin asanlaşdırılması, eyni zamanda təhlükəsizliyin təmin edilməsi zəruriliyinin artması ilə əlaqədar elektron  daşıyıcısı ilə təchiz olunmuş  sənədlərin siyahısı getdikcə  genişlənir.

Üstünlükləri:

  • Blankların istifadəsinə nəzarət təmin edilməklə onların inventarlaşdırma sistemləri ilə inteqrasiyası;
  • Mühafizə olunan veb-xidmətlərdən istifadə etməklə fərdiləşdirmə üçün məlumatların kənar sistemlərdən əldə edilməsi.

Bu cür sənədlərin nümunələri çoxdur — elektron pasport, viza və digər sənədlər (eMRTD), elektron şəxsiyyət vəsiqəsi (eID), müvəqqəti və daimi yaşayış üçün icazələr (eResidencePermit), əmək fəaliyyətinin həyata keçirilməsi (eWorkpermit), sağlamlıq kartları (eHealth), elektron sürücülük vəsiqəsi (eDriverLicense), autentifikasiya və rəqəmsal imza sertifikatlı PKI kartları (ePKİ eAuth/eSign, eİDAS), dövlət qurumlarının elektron vəsiqələri və özəl elektron sənədləri və s. İstifadənin rahatlığı üçün özündə bir neçə sənədin funksiyalarını birləşdirən elektron sənədlər tez-tez tətbiq edilir.

FUNKSİONAL İMKANLARI:

  • Əldə edilmiş məlumatların hazırlanması və zənginləşdirilməsi – şəkillərin zəruri çevrilməsi, təhlükəsizlik kodlarının yaradılması və idarə edilməsi (PİN/PUK);
  • Sənədlərin tiplərinə, verilmə yerlərinə və prioritetlərinə görə bölüşdürülməsi, tapşırıqların avtomatik və əllə yaradılması və onların fərdiləşdirmə maşınlarına təyin edilməsi, təkrar istehsal proseslərinin təmin edilməsi;
  • Lazer oyma və digər texnologiyalar istifadə edərək sənədlərin qrafik fərdiləşdirilməsi;
  • Təmaslı və təmassız interfeys ilə elektron sənəd daşıyıcısının kodlaması;
  • Xarici kriptoqrafik sistemləri ilə inteqrasiya – tələb olunan ICAO PKI sertifikatları və açarları, milli və korporativ PKI və HSM əldə edilməsi;
  • Keyfiyyətinin yoxlanması —avtomatik və manual rejimdə istehsal olunan ilk və fərdi məlumatlara uyğunluğun vizual və rəqəmsal yoxlanışı;
  • Sənədlərin paylanması – sənədlərin yerlərinə görə təhvil verilməsi, qablaşdırılması və çatdırılması üçün məlumatların hazırlanması və müvafiq sənədlərin çapı;
  • Sistemin idarə edilməsi – istifadəçilərin və onların hüquqlarının idarə edilməsi, sistem parametrlərinin və profillərinin konfiqurasiyası;
  • İstehsalat və statistik hesabatların əldə edilməsi.

Şirkət tərəfindən yaradılan sistem elektron daşıyıcıya malik bütün sənədlər spektrinin kütləvi surətdə fərdiləşdirilməsi və keyfiyyətinin yoxlanılması məqsədi ilə hazırlanıb və boş blankların alınmasından başlayan hazır fərdi sənədin çatdırılması ilə bitən tam istehsal dövrünü əhatə edir. Fərdiləşdirmə sistemi beynəlxalq standartlara (ICAO daxil olmaqla) uyğundur və elektron sənədlərin verilməsi prosesinin yüksək çevikliyini, etibarlılığını və təhlükəsizliyini təmin edir.

TEXNİKİ TƏMİNAT:

  • Sistem idarəetməsi üçün proqram-aparat təminatlı server kompleksi;
  • İstifadəçilərin iş yerləri;
  • Fərdiləşdirilmiş maşınlar (lazer oymaları, printerlər);
  • Keyfiyyətə nəzarət cihazları.