HƏLLƏR

SƏRHƏD NƏZARƏT SİSTEMİ

Sərhəd nəzarət sistemi – sərhədlərin monitorinqi, insanların və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün dövlət tərəfindən tətbiq olunan tədbirlər toplusudur və təhlükəsizliyin təmin edilməsinin ən mühüm vasitələrindən biridir.

Şirkət tərəfindən yaradılmış sərhəd nəzarəti sistemi ərazidə paylanmış nəzarət- buraxılış məntəqələrində dövlət sərhədini keçən şəxslərin və nəqliyyatın qeydiyyat proseslərinin avtomatlaşdırılmasına, pozuntuların aşkar edilməsi məqsədilə zəruri yoxlamaların həyata keçirilməsinə, müvafiq tədbirlərin görülməsinə və əlaqədar orqanların yaranmış vəziyyət barədə məlumatlandırılmasına xidmət edir.

FUNKSİONAL İMKANLARI:

  • Maşın oxunaqlı səyahət sənədləri üçün oxu cihazları (MRZ OCR, eMRTD RFID) vasitəsilə sərhədi keçən şəxslər haqqında məlumatların avtomatik daxil olunması;
  • Müxtəlif işıqlandırılma rejimində (normal (VIZ), infraqırmızı (IR) və ultrabənövşəyi (UV) spektrləri) maşın oxunaqlı sənədlərin şəkillərinin avtomatik skan olunması və saxlanılması;
  • Elektron daşıyıcı (eMRTD) ilə maşın oxunaqlı sənədlərindən biometrik məlumatların alınması;
  • Sərhədi keçən şəxslərin biometrik məlumatlarının – üz, barmaq izi, gözün qüzəhi qişasının şəkillərini xüsusi kameralar və skanerlər vasitəsilə əldə ediməsi;
  • Sərhədi keçərkən təqdim olunan əlavə sənədlərin skan olunması və saxlanılması;
  • Sərhədi keçən şəxslər haqqında məlumatların manual daxil olunması;
  • Əsas şəxsin və müşayiət edən şəxslərin bağlılığının həyata keçirilməsi;
  • Uçuş cədvəlindən istifadə etməklə, nəqliyyat vasitələrinin qeydiyyatı;
  • Nəqliyyat vasitələrinin kəsişməsinin şəxslərin kəsişməsi ilə bağlılığının həyata keçirilməsi;
  • Cari sərhəd keçidin əvvəlki kəsişmələr ilə həm avtomatik, həm də əl rejimində bağlılığının həyata keçirilməsi;
  • Vətəndaşlıqdan asılı olaraq sənədlərin tamlığının yoxlanılması;
  • Dövlət tərəfindən verilmiş sənədlərin doğruluq və etibarlığının yoxlanılması;
  • Fərdi və biometrik məlumatların və sənədlərdəki məlumatların milli və beynəlxalq axtarış, giriş-çıxış məhdudiyyətləri və etibarsız sənədlər siyahıları (MDB, İnterpol) ilə uyğunluğunub yoxlanılması;
  • Elektron daşıyıcı (eMRTD) və bilavasitə sərhədin kəsişməsində yerləşən maşın oxunaqlı sənədlərdən əldə edilən biometrik məlumatların verifikasiyası;
  • Sərhədləri keçən şəxsin müxtəlif təqdim olunan sənədlərdən əldə edilən fərdi məlumatların çarpaz yoxlanılması;
  • Həm ilkin, həm daha ətraflı sərhəd nəzarətinin həyata keçirilməsi;
  • Aşkar edilmiş pozuntularla bağlı ətraflı məlumatların gözdən keçirilməsi və sərhədi keçmək barəsində həm aralıq – ikincil nəzarətə göndərilmə, həm də son – sərhədi keçməyə, keçməkdən imtinaya və ya həbs üçün icazə alınmasına qərarın qəbul edilməsi;
  • İkincil sərhəd keçidinin monitorinqi;
  • Sərhədi keçərkən yaranmış müvafiq hallarda dövlətdaxili axtarış siyahılarına, giriş-çıxış məhdudiyyətlərinə və etibarsız sənədlərə görə məsul şəxslərə xəbərdarlığın verilməsi;
  • Offline rejimində şəxsi və biometrik məlumatların və sənədlər haqqında olan məlumatların toplanması və onların ilkin yoxlanılması, habelə onların mərkəzi sistemə sonradan ötürülməsi və ətraflı yoxlamanın həyata keçirilməsi.

Sistem bütün növ nəzarət-buraxılış məntəqələrinin (hava, avtomobil, dəmir yolu, dəniz, piyada) avadanlıqla təchizatı üçün nəzərdə tutulub. Stasionar iş yerlərin tətbiqi qəbuledilməz olduğu yerlərdə sərhəd nəzarətini təmin etmək məqsədi ilə (dəniz gəmisinin bortu, qatarın vaqonları, hava limanlarında yük və tranzit reyslərin rəsmiləşdirilməsi zamanı) xüsusi hazırlanmış mobil qurğudan istifadə edilə bilər. Ştat rejimində həm stasionar, həm də mobil iş yerləri online rejimində işləyir, lakin müstəsna hallarda offline rejimində də fəaliyyət nəzərdə tutulur.

Sistemin istifadəsi nəticəsində bir sıra yardımçı məsələlərin həlli üçün istifadə oluna biləcək informasiya resursu yaradılır

 

TEXNİKİ TƏMİNAT:

  • Fərdi kompüter;
  • Təmassız RFID oxuyucu ilə tam səhifə sənəd skaneri;
  • Sənədlərin portativ skaneri MRZ OCR;
  • Ethernet və USB interfeysi ilə videokameralar;
  • Fotokameralar;
  • Barmaq izlərin skanerləri;
  • Gözün qüzəhi qişasının skanerləri;
  • Sənədlərin planşet skanerləri.