“İdrak Technoloji Transfer” MMC– də həm avtomobil, həm də dəmir yolları boyunca hərəkət edə biləcək unikal bir pilotsuz nəqliyyat vasitəsi işlənib hazırlanmışdır.
Bu platforma süni intellekt, robot texnikası və nəqliyyat funksiyalarını birləşdirir. Ağıllı nəqliyyat vasitəsi quraşdırılmış qabaqcıl naviqasiya sistemi ilə təchiz olunmuşdur. Avtopilot funksiyaları kameralar, sensorlar, radarlar və lidar sayəsində həyata keçirilir. LİDAR xüsusi radarları və sistemləri yolun relyefini audio və video – nəzarət vasitəsi ilə təhlil edir.
Nəqliyyat vasitəsi yollarda sürücü-insan tərəfindən idarə olunsa da, dəmir yolları üzrə hərəkət pilotsuz rejimdə həyata keçirilir.
İdarəetmə sistemi pilotsuz süni intellekt alqoritmlərini istifadə edərək, daxili kameralardan alınmış məlumatlar əsasında işləyir.
Sistem işiqforların siqnallarını, dəmir yollarında yol nişanlarını və kənar obyektləri tanıyır. Bundan əlavə, dəmir yolu ilə hərəkət zamanı lazım olduqda qəza əyləcini işə salır.
Bort kompüterləri nəqliyyat vasitəsində quraşdırılmış cihazların idarə edilməsini həyata keçirirlər. Cihazlar simli və simsiz rabitə texnologiyaları vasitəsilə bort kompüterlərinə qoşulmuşdur. Bu kompüterlər video və metadata, eləcə də nəqliyyat vasitəsinin hərəkət marşrutu haqqında məlumatları saxlayır. Ağıllı nəqliyyat vasitəsi sürücü və sərnişinlər öz gündəlik və ya xidməti vəzifələrini yerinə yetirə bilməsi üçün rahat şərait yaradır.