“TƏHLÜKƏSİZ REGİON” SİSTEMİ
“Hadisələrin qeydiyyatı” altsistemi “Call Center”, “Siqnalizasiya”, “Videomüşahidə” və operativ çağırış pultu kimi mənbələrdən daxil olan məlumatlar əsasında hadisələrin qeydiyyatını aparır.
FUNKSİONAL İMKANLAR:
- “Call Center” alt sisteminə daxil olan bütün zənglərin qeydiyyatı;
- Videomüşahidə kameralarından və alt sistemin sensorlarından daxil olan siqnalların qeydiyyatı “Siqnalizasiya” və operativ rabitə pultu;
- Baş verən hadisələrin ətraflı qeydiyyatı (tarix, vaxt, ünvan, hadisə növü və s.);
- Hadisə növünün təyini – partlayışlar, yanğınlar, qaz qəzaları, mənzillərə basqınlar və ya oğurluq, insan oğurluğu, yol-nəqliyyat hadisəsi, obyekt və otaqların alışması, terror, zorlama və.
“Hadisələrin vizualizasiyası” alt sistemi aşağıdakılar ilə təmin edir:
- Abunəçinin və ya digər zəng edilən və ya siqnalın gəldiyi cihazın yerini rəqəmsal şəhər xəritəsində yerləşdirilməsi;
- Operativ vəziyyətin rəqəmsal şəhər xəritəsində qeydiyyatdan keçmiş bir hadisə ilə göstərilməsi;
- Hadisə rayonu və ərazidə yerləşən bütün obyektlər haqqında məlumatın əldə edilməsi;
- Verilmiş obyektlər arasında marşrutun qurulma imkanı;
- Mürəkkəb vəziyyətlər modelləşdirilməsinin nəticələrinin göstərilməsi (məs., nəzərdə tutulan daşqın zonaları və ya yanğınların yayılması).
“Yol-nəqliyyat hadisələrinin protokollaşdırılması” altsistemi yol – nəqliyyat hadisələri zamanı protokolların tərtib edilməsi prosesinin avtomatlaşdırılması və operativliyi üçün nəzərdə tutulmuşdur. Alt sistem hadisə yerlərinin və iştirakçılarının tez və səmərəli qeydiyyatı yolu ilə yol-patrul xidmətinin işini asanlaşdırır.
FUNKSİONAL İMKANLAR:
- Xəritə üzərində hadisə yerini təyin etmək və ya ünvanı seçməklə onun təsviri;
- Qəza hadisəsinin tarixi, vaxtı və yeri, nəqliyyat vasitələri və iştirakçıları haqqında məlumatların əlavə edilməsi;
- Qəza anını animasiya şəklində təqdim edilməsi;
- Planşet və ya “Car PC” kameraları istifadə etməklə hadisə yerindən şəkillərin əlavə edilməsi;
- Göstərilən hadisə üzrə “Situasiya mərkəzi”nin məlumatların protokoluna daxil edilməsi;
- Qəza şahidlərinin və iştirakçılarının ifadələrinin protokola daxil edilməsi;
- Protokol məlumatlarının “Mərkəzi Məlumat Emalı”na əlavə edilməsi;
- Portativ printer istifadə edərək yerində protokolun surətinin çap edilməsi;
- “Situasiya mərkəzi” və digər əməkdaşlar ilə səsli rabitə dəstəyi;
- Yol-nəqliyyat qəzasının “Hadisələrin qeydiyyatı” alt sistemində olan hadisə kimi təqdim edilməsi;
- Yol-nəqliyyat hadisələrinin nəticələrinin aradan qaldırılmasından sonra “Hadisələrin monitorinqi, emalı və qərarların qəbul edilməsi” alt sisteminin xəbərdar edilməsi.
“Qərarların yerinə yetirilməsinə nəzarət” altsistemi qeydə alınmış hadisələrin və onların nəticələrinin aradan qaldırılması üzrə proseslərin gedişatını izləyir. Cavab nəticələrinə dair müvafiq orqanlarla məlumat mübadiləsi aparılır. Bütün hadisə məlumatları təhlükəsiz saxlama üçün “Məlumat Mərkəzi” nə emal edilir və ötürülür.
Bu alt sistemlərin imkanları sayəsində heç bir hadisə lazımi diqqətsiz qalmır. Operatorların işinin maksimal avtomatlaşdırılması baş verir, hadisələrin qeydiyyat kartları avtomatik tərtib olunur və doldurulur. Həmçinin daxil olan sorğular, siqnallar, saxta hadisələr, istifadə olunan metodlar və tipik cavab ssenariləri və s. üzrə aktual və arxiv məlumatlarına əsasən statistik hesabatlar avtomatik olaraq formalaşır.