TEXNOLOGİYALAR

AVTOMATİK NİTQİN TANINMASI(ASR)

Dərin öyrənmə alqoritmləri istifadə etməklə qurulan nitqin tanınması sistemi müxtəlif dilərdə danışıqları yüksək keyfiyyətlə yazıya çevirir.

BİZNESLƏR ÜÇÜN YÜKSƏK KEYFİYYƏTLİ NƏTİCƏLƏR TƏKLİF EDƏN  ƏN SON TEXNOLOGİYALI AVTOMATLAŞDIRILMIŞ NİTQİN TANINMASI SİSTEMİ

10 ildən artıq süni intellekt və maşın öyrənməsi sahəsində əldə etdiyimiz təcrübələri nitqin tanınması sisteminə tətbiq edərək qurduğumuz texnologiya müxtəlif mənbələrdən gələn, professional və ya küylü mühitdə yazılmış audio və video faylları yüksək keyfiyyətlə yazıya çevirir. Sistem biznes sahəsindən, datanın böyüklüyündən asılı olmayaraq istənilən məsələ üçün xüsusiləşdirilə bilir.

MÜXTƏLİF TİPLİ SƏS FAYLLARININ DƏSTƏKLƏNMƏSİ

Media, görüşlər, sosial şəbəkələr, birə-bir söhbətlər və s. kimi sahələrdən gələn səs fayllarının yüksək keyfiyyətli transkripsiyası

XÜSUSİLƏŞDİRMƏ VƏ MÖVZUYA ADAPTASİYA

Məlumdur ki, hər bir sahənin özünə məxsus terminləri, adları vardır. Sistemi istənilən sahəyə adaptasiya etməklə keyfiyyəti artırmaq imkanı.

OFLAYN QURAŞDIRMA SEÇİMİ

Bəzi hallarda səs fayllarının məxfiliyi çox önəm daşıyır. Bu halda sistemi müştərinin tələb etdiyi qurğularda quraşdırmaq imkanı təklif edirik.