Hörmətli Ərizəçi,

Sizi saytımızda salamlayırıq və şirkətimizə maraq göstərdiyiniz üçün təşəkkür edirik!

“İDRAK Texnoloji Transfer” MMC həmfikir və peşəkarlar komandasıdır. Biz biznesimizin sabit inkişafını və davamlı təkmilləşmə arzusunu nəzərə alaraq diqqətimizi komandanın hər bir üzvü ilə uzunmüddətli əməkdaşlığda cəmləşdirmişik. Işçilər üçün ən vacib şərt mümkün olduğu qədər səmərəli işləmək, şirkətin maraqlarını öz şəxsi maraqları kimi qəbul etmək və artıq əldə edilmiş nəticələrlə daha da irəli getməkdir.

“İDRAK Texnoloji Transfer” MMC-nin hər bir işçisi anlayır ki, o, yaşadığı və işlədiyi reallığı yaradan şəxsdir. Bizim uğurlu komandamız diqqətini vacib məqamlarda cəmləşdirə bilən sağlam ambisiyalara malik peşəkarlardır. Şirkətimiz hər bir əməkdaşın fərdiliyinə və dəyərlərinə hörmət edir. Yol göstərərək və eyni zamanda yaradıcılıq imkanları ilə təmin edərək onun təşəbbüskarlığını həvəsləndirir. Işə qarşı vicdanlı münasibət, enerji və istedadın  optimal istifadəsi Şirkətimiz üçün tək mənəvi məmnuniyyət deyil, həm də maddi gəlir deməkdir. Eyni zamanda bu məqamlar Cəmiyyətimizi inkişaf etdirən əsas prinsipləridir.

“İDRAK Texnoloji Transfer” MMC diqqətini hər bir işçinin üzərində cəmləşdirir və ona dəyər verir. Vicdanlılıq, etibarlılıq və bağlılıq bizə olan etimadın əsasıdır.

Şirkətimizə maraq göstərdiyiniz üçün təşəkkür edir və bizimlə əməkdaşlıq etməyə dəvət edirik!

VAKANSİYALAR