MƏHSULLAR

AVTONOM ROBOT PLATFORMA

Pilotsuz, Avtonom Robot Platforması torpaqla təmasda və insanın (operatorun) uzaqdan idarəetməsi ilə işləyən qurğudur. Kənd təsərrüfatında, axtarış-xilasetmə, geologiya və digər sahələrdə bu cür texnikaların istifadəsi insan üçün narahat olan, vaxt aparan, təhlükəli və ya qeyri-mümkün olan sahələrdə işləməyə əlçatanlığı təmin edir.  Həmçinin robotların tətbiqi insan xətalarını minimum səviyyəyə endirir.

TƏTBİQ SAHƏLƏRİ:

  • Ərazi üzrə video informasiyanın operativ toplanması;
  • Daşınma;
  • Məkanın 2D/3D xəritələrinin çıxarılması;
  • Video və termal kameralar vasitəsilə tunellərin və məkanların öyrənilməsi.

TEXNİKİ XÜSUSIYYƏTLƏRİ:

  • Qabarit ölçülər – 850x750x400 mm;
  • Kütlə – 60 kq;
  • Çəkilən yükün kütləsi – 1500 kq;
  • İşləmə temperaturu – -100C +400C;
  • Avtonom hərəkət sürəti – minimal 0.5 km/saat; maksimal 2.5 km/saat;
  • Orta yürüş ehtiyatı –  10 km;
  • Qidalanma gərginliyi –  24V / 48V;
  • Şarj edilmə müddəti –  1 saat;
  • Təkərlərin sayı –  6 ədəd.

FUNKSİONAL İMKANLAR:

  • Ərazi üzrə video informasiyanın operativ toplanması;
  • İdarəetmə mərkəzindən alınan əmrlərin yerinə yetirilməsi;
  • Telemetrik məlumatların formalaşdırılması və idarəetmə mərkəzinə göndərilməsi;
  • Qarşıya çıxacaq statik və dinamik maneələrin aşkar edilməsi və dəf edilməsi;
  • Məkanın 2D/3D xəritəsinin çəkilməsi;
  • Hərəkət etdiyi yolun yadda saxlanılması, xəritə hazırlayan və hərəkət etdiyi yolda etdiyi müşahidələrə əsasən naviqasiya etmə qabiliyyəti;
  • Mühərriklərə düşən cərəyan şiddətinin hesablanaraq, mühərriklərin artıq yüklənmədən qorunması.