“IDRAK Texnoloji Transfer” MMC şirkətimizin əsas fəaliyyət istiqamətləri istənilən mürəkkəblik səviyyəsində informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və müşayiət edilməsi, istifadəçilərə informasiya texnologiyaları sahəsində səmərəli, anlaşılan və keyfiyyətli infrastruktur həllərinin təqdim edilməsi, gələcək inkişaf nəzərə alınmaqla avtomatlaşdırma həllərinin təqdim edilməsidir.
İri şəhərlərə məxsus mühitdə tərəvəz, meyvə və giləmeyvə yetişdirilməsi prosesi bəşər qarşısında duran və həllini gözləyən kəskin məsələlərdən biridir. Bu, kənd təsərrüfatı məqsədləri üçün yararlı olan sahələrin qıtlığı və bitkilərin yetişdirilməsi üçün yararlı olan əksər torpaqların yüksək dərəcədə aşınması ilə əlaqədardır. Günümüzdə konteyner modulları portativ fermanın yaradılması üçün ən uyğun təməl ola bilər.
“İDRAK Texnoloji Transfer” şirkəti tərəfindən işlənib hazırlanmış hidroponik fermalar yüksək səmərəliliyi və məhsuldarlığı ilə seçilirlər. Portativ konteyner fermalarının unikal modellərində bitkilərin bəslənməsi üçün ideal mikroiqlimi və yüksək enerji səmərəliliyini təmin edən və intuitiv olaraq anlaşılan iqlim nəzarəti həlləri reallaşdırılmışdır. Həmçinin, konteynerdə hava və suyun monitorinqi sensorları və istifadəçiyə bəsləmə şəraitini tənzimləməyə imkan yaradan və mobil cihazlar vasitəsilə videomüşahidə kameralarından görüntü əldə etməyə imkan verən idarəedici elementlər quraşdırılıb.
“GreenID” portativ fermalarının əsas vəzifəsi — insanlara istənilən məkanda sənaye miqyasında məhsul yetişdirməyə və eyni zamanda ətraf mühitdəki torpaqlara təsirini azaltmağa imkanı verir. Bu əlaqəli qida tədarükü sistemi, iri şəhərlərin ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə gələcəyin həlli ola bilər.
“GreenID” dənli bitkilərin cücərdilməsi avtomatlaşdırılmış hidroponik sistemi ilin 365 günü mal-qaranı şirəli, təzə, vitaminlərlə zəngin və təhlükəsiz yaşıl qida ilə təmin edə bilən enerji və suya yüksək dərəcədə qənaət edən hidroponik texnologiyaları əsasında reallaşdırılan əlçatan və səmərəli həlldir.
“İdrak Texnoloji Transfer” MMC-nin bu layihə çərçivəsində məqsədi innovativ texnologiyalara əsaslanaraq ekoloji təmiz kənd təsərrüfatı üçün hidroponika üsulu ilə iri- və xırdabuynuzlu mal-qara, quş, at, balıq yemləri istehsal edən kompleksi layihələndirmək və istehsal etməkdir. “İdrak Texnoloji Transfer” MMC tərəfindən hazırlanmış cücərmə texnoloji prosesi əsasında heç bir gübrə tətbiq edilmədən, yalnız sudan və elektrik enerjisindən istifadə etməklə dənin cücərməsi və yaşıl kütlənin böyüməsi təmin edilir. Şirkət gündəlik istehsal gücü 120kq, 500kq olan konteyner tipli və gündəlik istehsal gücü 2000kq, 5000kq, 10 000kq, 20 000kq və daha çox olan stasionar tipli hidroponika üsulu ilə yaşıl yem istehsalı komplekslərini təklif edir. Komplekslərdə tətbiq edilən dənin zərərli maddələrdən təmizlənməsi və dezinfeksiya edilməsi çoxfunksiyalı sistemi yaşıl yemin ekoloji təmiz şəraitdə becərilməsini təmin edir.
Bu, o deməkdir ki, hər hansı taxıl dəninin 1 kq-dan hidroponika üsulu ilə 7 günə 7 kq yaşıl yem almaq olar. 1 kq yaşıl yemin tərkibində olan maddələrin payları:
Hidroponika üsulu ilə ərsəyə gətirilən yem heyvanlar tərəfindən asanlıqla həzm oluna biləcək formada protein, yağ, sellüloz, B qrupu vitaminləri və karotinin mənbəyidir. Bu cür yem iştahanı artırır, onunla birgə verilən digər qidaların həzmini asanlaşdırır, heyvanların sağlamlığını yaxşılaşdırır və onların bəslənməsinin səmərəsini artırır.