Ev tikintisi dəqiq hesablama və layihələnmə tələb edir. Tipik tikinti obyektinin iş istehsalının yüksək standartlarına riayət etməklə ən qısa zamanda təhvil verilməsi tələb olunan hallarda yığma/modul (prefabricated) evlər ideal həlldir.. Blokların istehsalını, onların logistikasını və yerində yığımını birləşdirən yığma sürətli tikililərin montajı şəklində ənənəvi tikintiyə alternativ hazırda planetimizin bütün bölgələrində müstəqil sahədir. Tikintinin sürətli tikintisi texnologiyasının əsası gələcək binanın hissələrlə ixtisaslaşmış istehsalat meydançalarında istehsalı (məhz
istehsalı!) sonradan tikilməkdə olan evin yerində yığılmasından ibarətdir.
Modul tikintinin əsasında konstruktor kimi, modul detallardan ibarət yığma evin quraşdırılması texnologiyası dayanır. Onlardan lazımi konfiqurasiyalar layihələndirilir, detallar zavod şəraitində hazırlanır, modullar dəsti sahəyə gətirilir və sayılı günlər ərzində quraşdırılma hyata keçirilir. Hazırlanmış modullar norma və satndartlara tam cavab verir, bu da zavodun texniki imkanları və istehsalın təşkilinin konveyer prinsipi ilə şərtlənir.
Yığılan evin konsepsiyası xüsusi konkonstruksiyanın istənilən sahədə bütöv evə sürətli transformasiyasını (yerləşdirilməsini), o cümlədən zərurət yaranacağı halda onun nəql üçün yararlı vəziyyətə geri transformasiyasını (yığılmasını) nəzərdə tutur. Bu cür evin ayrıcağılığı ondan ibarətdir ki, sifarişçi bu texnologiyanı seçməklə praktiki olaraq mobil ev əldə etmiş olur.
Yığma sürətli tikilə bilən ev həmçinin əlavə sistemlərlə təchiz oluna bilər.
Yığma tikinti nəzarət olunan istehaslat şəraitində müəyyən standartlara uyğun həyata keçirildiyinə görə konstruksiya qovşaqları eyni proqnozlaşdırılmış keyfiyyətlə istehsal olunur.