İDRAK LTD şirkəti 1990-cı ildə təsis edilmişdir. Daha sonra, 2003-cü ildə, şirkət “İDRAK Texnoloji Transfer” MMC olaraq qeydiyyata alınmışdır. Şirkətimizin əsas fəaliyyət istiqaməti istənilən mürəkkəblik səviyyəsində informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və müşaiət edilməsi, istifadəçilərə informasiya texnologiyaları sahəsində səmərəli, aydın və keyfiyyətli infrastruktur həllinin təqdim edilməsi, gələcək inkişafı nəzərə alınmaqla avtomatlaşdırma məsələlərinin yaradılmasıdır.
Məqsədimiz, məhsulun orijinal ideyasından son nəticəyə qədər yaradılmasının bütün mərhələlərini birləşdirən kompleks xidmətləri müştərilərə təqdim etməkdir.
Şirkət 1990-cı ildən dövlət strukturları ilə fəal əməkdaşlıq edir. Ötən illər ərzində şirkət dövlət və korporativ səviyyədə sürücülük lisenziyasının, nəqliyyat vasitəsinin texniki pasportunun, texniki xidmət haqqında nişanlarının verilməsi sistemi və s. kimi sistemləri işləyib hazırlamış və tətbiq etmişdir.
2000-ci illərin əvvəllərindən etibarən “İDRAK Texnoloji Transfer” MMC mürəkkəb informasiya sistemləri və proqram təminatı bazarında iştirak etməyə başladı. Bu illər ərzində aşağıdakı sistemlər hazırlanmış və tətbiq edilmişdir:
2014-cü ildə şirkətdə konstruktor şöbəsi yaradılmış və burada müxtəlif aparat vasitələrinin dizaynı,modelləşdirilməsi və prototipləşdirilməsi üzrə işlər aparılır.
2016-cı ildən şirkət elektronikanın hazırlanmasına başlayıb. Bizim bəzi həllərimiz bu kataloqda təqdim olunur.
2018-ci ildən şirkətdə “Ağıllı (smart) əşyalar fabriki” fəaliyyət göstərir, burada innovativ texnologiyaların tətbiqi hesabına yüksək keyfiyyətli məhsulların istehsalı üzrə işlər aparılır.
13 dekabr 2019-cu il tarixində “İDRAK Texnoloji Transfer” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC arasında ASAN Railway layihəsi çərçivəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladılar.
“IDRAK Texnoloji Transfer” MMC – zamanla ayaqlaşan, vətəndaşların həyat standartlarını yaxşılaşdıran bir şirkətdir.
Sənədin məqsədi dəmir yollarında kiçik həcmli sərnişin və yükdaşıma üçün pilotsuz nəqliyyat vasitələri ASAN Dəmiryolunun istifadəsi, habelə bölgələrə səyahət təhlükəsizliyi və rahatlığının təmin edilməsi üçün innovativ bir layihənin həyata keçirilməsində əməkdaşlıq etməkdir.
Dəmir yolu reysləri üçün innovativ taksi sistemi olan ASAN Railway ekologiya baxımından ən təmiz nəqliyyat vasitəsidir və elektron, robot texnikası və internet həllərinin köməyi ilə yüksək səviyyəli daşımaların təhlükəsizliyini və istənilən vaxt istənilən təyinat məntəqəsinə çatmağı təmin edir.