“İdrak Texnoloji Transfer” MMC-i daha bir mükafat qazandı!

“İdrak Texnoloji Transfer” MMC-nin “Smart Railway” layihəsi nəzninda “Beynəlxalq Dizayn Mükafatı” ilə təltif olundu. Şirkətdə, həm avtomobil, həm də dəmir yolları boyunca hərəkət edə biləcək unikal bir pilotsuz nəqliyyat vasitəsi inkişaf etdirilmişdir.
Bu platforma süni intellekt, robot texnikası və nəqliyyat funksiyalarını birləşdirir. Ağıllı nəqliyyat vasitəsi quraşdırılmış qabaqcıl naviqasiya sistemi ilə təchiz olunmuşdur. Avtopilot funksiyaları kameralar, sensorlar və radarlar sayəsində həyata keçirilir. LİDAR xüsusi radarları və sistemləri yolun relyefini audio və video – nəzarət vasitəsi ilə təhlil edir.
Nəqliyyat vasitəsi yollarda sürücü-insan tərəfindən idarə olunsa da, dəmir yolları üzrə hərəkət pilotsuz rejimdə həyata keçirilir.
İdarəetmə sistemi, süni intellekt alqoritmlərini istifadə edərək, daxili kameralardan məlumatlar üzərində işləyir.
Sistem işiqforların siqnallarını, dəmir yollarında yol nişanlarını və kənar obyektləri tanıyır; bundan əlavə, dəmir yolu ilə hərəkət zamanı lazım olduqda qəza əyləcini işə salır.
Bort kompyuterləri nəqliyyat vasitəsində quraşdırılmış cihazların idarə edilməsini həyata keçirirlər. Cihazlar simli və simsiz rabitə texnologiyaları vasitəsilə bort kompüterlərinə qoşulmuşdur. Bu kompüterlər video və metadata, eləcə də nəqliyyat vasitəsinin hərəkət marşrutu haqqında məlumatları saxlayır. Ağıllı nəqliyyat vasitəsi sürücü və sərnişinlər öz gündəlik və ya xidməti vəzifələrini yerinə yetirə bilməsi üçün rahat şərait yaradır.

Weblink: https://bit.ly/3iSxJJG