MƏHSULLAR

AĞILLI  DAYANACAQ

Ağıllı dayanacaq yerüstü ictimai nəqliyyat sərnişinlərinə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, onların cədvəlləri, marşrutları, sərnişin nəqliyyatının hərəkət qrafikləri barədə operativ və aktual məlumatlarla təmin edilməsi, həmçinin fövqəladə hallar baş verdikdə məlumatlandırılması üçün nəzərdə tutulur. Əhalinin ictimai nəqliyyatdan daha geniş istifadə etməsinə və şəxsi nəqliyyatda səfərlərinin azalmasına kömək edir, sərnişinləri avtobus dayanacağında bir sıra keyfiyyətli xidmətlər ilə təmin edir.

FUNKSİONAL İMKANLAR:

  • İctimai nəqliyyatın hərəkət cədvəlləri və hərəkət istiqamətində dəyişikliklər barədə məlumatların əks olunması;
  • Keçirilən tədbirlər haqqına məlumatları əldə etmək;
  • Şəhərin görməli yerləri və yaxında olan tarixi və memarlıq abidələri barədə məlumatların verilməsi;
  • Vaxt, hava, dəniz temperaturu, küləyin sürəti və valyuta məzənnəsi haqqında məlumatların əks olunması;
  • Real vaxt rejimində dayanacağa yaxınlaşan və ya dayanacaqda olan ictimai nəqliyyat vasitələrinin nömrələri haqqında sərnişinlərin məlumatlandırılması;
  • Marşrutların və tariflərin gediş haqqı qiymətlərində dəyişikliklər haqqında informasiyaların verilməsi;
  • İctimai nəqliyyat vasitələrinin işləməyi, hərəkət istiqamətinin dəyişməsi, fövqəladə halların yaranması barədə məlumatların verilməsi;
  • Taksi xidmətinin sifarişi;
  • Biometrik eyniləşdirmə sistemi vasitəsilə axtarışda olan insan və avtomobillər barədə məlumatların yoxlanılması və məlumatların müvafiq quruma göndərilməsi;

TƏRKİB HİSSƏLƏRİ:

  • İnteraktiv sensorlu informasiya tablosu;
  • Avtobusun gəliş vaxtlarını göstərən məlumat lövhəsi;
  • Videomüşahidə kamerası;
  • Təcili zəng düyməsi;
  • İntellektual vitrinlər;
  • IP-telefoniya (təcili yardım xidmətləri üçün);
  • Ödəmə terminalı;
  • Taksi sifarişi paneli;
  • Dezinfeksiyaedici qurğu;
  • Skamyalar;
  • USB elektrik yuvaları;