Antivirus layihəsi əhalinin sağlamlığına olan riskləri minimuma endirmək üçün profilaktik texnologiyaların innovativ sistemidir. Hazırda yeni patogen mikroorqanizmlərin səbəb olduğu infeksion xəstəliklər epidemiyaları dünyaya getdikcə daha çox hücum edir.Müasir cəmiyyətdə, dünyada çox böyük sayda insan hərəkət edərkən, infeksiya inkubasiya dövrü ərzində, xəstəliyin simptomlarının
açıq-aşkar görünmədiyi bir zamanda bütün ölkələrə və qitələrə yayıla bilir. Xəstəliyin törədicisini tapmaq və onunla mübarizə aparmaq üçün zaman tələb olunur. Bütün bu tədbirlər ən yaxşı halda bir neçə ay vaxt aparır. Bu zaman hər gün kömək gələnə qədər dözə bilməyən insanlar ölür, iqtisadiyyat ziyana uğrayır. Lakin yeni antibakterial və ya antivirus preparatın istehsala buraxılmasından sonra da problem qısa müddət üçün həll olunur, patogen mikroorqanizmlər mutasiyaya uğrayır, preparata qarşı müqavimət qazanırr və hər şey təkrarlanır.
Bütün bu problemlər “AntiVirus” adı verilən qabaqlayıcı tədbiərlrin tətbiqi texnologiyasının yaradılması ilə həll olunub. Güclü intellektual qaynağa və Azərbaycan Respublikasının ərazisində yerləşən şəxsi istehsal güclərinin tam dövrəsinə malik olan “IDRAK Technology Transfer” şirkəti müxtəlif konfiqurasiyalı lazımi sayda bakterisid cihazları ən qısa müddətdə tədarük etməyə, bununla da xalqın təhlükəsizliyini və sağlamlığını təmin etməyə qadirdir.
Dünyaya çoxdan məlumdur ki, hər növ patogenlərin (bakteriyalar, viruslar, göbələklər) qarşısında qorumasız qaldığı universal bir həll yolu var – bu, ultrabənövşəyi şüadır. Ultrabənövşəyi şüanın
kifayət qədər konsentrasiyada şüalanması zamanı virusların sayı qısa müddət ərzində dörd dəfəyə qədər azalır. Bu, demək olar ki, 99,99% sterilizasiya dərəcəsin ə nail olmaq deməkdir.