MƏHSULLAR

BİOMETRİK KİOSK

Biometrik kiosk istifadəçinin fərdi məlumatlarının və biometrik xüsusiyyətlərinin müstəqil qeydiyyatı üçün nəzərdə tutulmuşdur. Kiosk informasiya təhlükəsizliyi və məxfiliyin bütün tələblərinə riayət etməklə özünəxidmət rejimində identifikasiya məlumatlarının toplanması və qeydiyyatını təmin edir.

FUNKSİONAL İMKANLARI:

  • Biometrik fotoşəkillərin alınması
  • Fərqli boy ölçüsünə malik şəxslərin üz təsvirinin alınması
  • Gözün qüzehli qişasının keyfiyyətli təsvirinin alınması
  • Barmaq izlərinin skan edilməsi
  • Əlyazma imzasının rəqəmsal təsvirinin yaradılması
  • Tamsəhifəli sənəd oxunması
  • Nağdsız/nağd ödənişlərin aparılması
  • Ştrix-kodların oxunması
  • Ştrix-kodların, qəbzlərin çap edilməsi

ÖZƏLLİKLƏRİ:

  • Erqonomik
  • Müasir dizayn
  • Rahat və sadə istifadə
  • Anlaşıqlı və çoxdilli istifadəçi interfeysi

Biometrik kioskun konfiqurasiyası müştərinin tələblərinə və ya tətbiq sahəsinə uyğun olaraq dəyişdirilə bilər. Kiosk biometrik pasport, elektron şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi kimi sənədlərin alınması üçün ərizələrin tərtib edilməsi üçün istifadə olunur.

TEXNİKİ TƏMİNATI:

  • Sənaye kompüteri
  • Sensor ekranlı monitor
  • Yüksək görüntü imkanına (”resolution”) malik kamera
  • Kameranın şaquli hərəkətinin tənzimlənməsi mexanizmi
  • Gözün qüzehli qişasının yüksək görüntü imkanına (”resolution”) malik skaneri (IRIS)
  • Barmaq izi skaneri
  • İmza skaneri
  • Tamsəhifəli sənəd oxuyucusu
  • Bank kartı oxuyucusu (”pin-pad” cihazlı)
  • Termoprinter
  • Klaviatura
  • Manipulyator
  • Nağd pul qəbulu aparatı
  • Ştrix-kod skaneri