MƏHSULLAR

ELEKTRON LÖVHƏ

 

Elektron lövhə (e – Lövhə) sensorlu ekran, proyektor, mikrofon, səsgücləndirici, kamera, kompüter və xüsusi proqram təminatından ibarət olan bir qurğudur. E-Yazı Lövhəsinin səthinə əllə və ya xüsusi markerlə toxunarkən, həssas sensorlar toxunma nöqtəsinin koordinatlarını dəqiq müəyyən edir və kompüterə ötürür.

Daxil olan məlumatlar proqram təminatı vasitəsilə emal olunur və nəticə proyektordan ekrana ötürülür.  Elektron lövhənin proqram təminatı, «ekran-kompüter-proyektor» halqasında məlumatların dövrü hərəkətini təmin edir.  Ekran kompüterə birləşir və əlavə xarici enerji təchizatı tələb etmir. Ekranın perimetri boyunca markerin lövhənin səthi ilə təması zamanı onun dəqiq koordinatlarını müəyyən edən infraqırmızı sensorlar yerləşir. İnfraqırmızı texnologiyaya əsaslanan e-Lövhənin əsas üstünlüyü hər hansı bir elementdən – qələmdən və göstəricidən marker rolunda istifadə etmək imkanıdır. Qeyd etmək lazımdır ki, digər texnologiyalar əsasında e-Lövhələr də mövcuddur.

Müəllim və şagird/tələbə e-Lövhədə öz e-Terminallarında əks olunan məlumatları göstərə bilərlər. Eyni zamanda e-Yazı Lövhəsində əks ounan təsvirləri və ya görüntüləri istənilən zaman müəllimin və şagirdin/tələbənin e-Terminalında göstərmək və Məktəbin Məlumat Bazasında yadda saxlamaq mümkündür.