MƏHSULLAR

ELEKTRON QOLBAQ

Elektron qolbaq nəzarətdə olan şəxslərin fasiləsiz uzaqdan izlənməsini həyata keçirmək üçün istifadə olunur. Elektron qolbaq – xüsusi qurğudur, hansı ki, nəzarət altında olan şəxsin ayağına bərkidilir. Qolbaq daimi daşıma üçün nəzərdə tutulmuşdur.
İki növ elektron qolbaq hazırlanıb – standart və avtonom qolbaqlar. Əməliyyat rejimindən asılı olaraq, standart qolbaq baza stansiyasına və RF sensorlarına (ev dustaqlığı rejimi) və ya mobil nəzarət cihazına və RF sensorlarına (yerdəyişmə azadlığının məhdudlaşdırılması rejimi) qoşulur. Avtonom qolbaq mərkəzi monitorinq sistemi ilə məlumatların mübadiləsi üçün quraşdırılmış GSM və GPS modullarını özündə saxlayır, bu da əlavə mobil nəzarət qurğusundan istifadə etmədən nəzarət və izləmə imkanını təmin edir. Hər iki növ elektron qolbaqlar IP68 müdafiə dərəcəsinə (Ingress Protection Rating – nüfuza qarşı müdafiə dərəcəsi) uyğun olaraq yerinə yetirilmişdir.

FUNKSİONAL İMKANLAR:

  • Qolbağın və kəmərin vəziyyəti haqqında cari məlumatların ötürülməsi
  • Məhkum edilən şəxsin cari coğrafi koordinatlarını və hərəkət trayektoriyasının təyin edilməsi (avtonom qolbaq)
  • Təhlükəsiz kanallar vasitəsilə Mərkəzi Monitorinq Sistemi ilə məlumat mübadiləsi
  • Simsiz və sürətli enerji yükləmə qabiliyyəti

DAXİLİ ELEMENTLƏR:

  • Kəmərə müdaxilə aşkarlanma sensor
  • Bluetooth LE 5.0 ötürücü modulu
  • Akselerometr, Hiroskop, vibrasiya mühərriki
  • AES 256 şifrələnmə
  • 10-a kimi RF sensorlara qoşulma imkanı
  • GSM və GNSS modulları (avtonom qolbaq)

XÜSUSİYYƏTLƏRİ:

  • Suya davamlılıq
  • Zərbəyə davamlı dizayn
  • Hipoallergen kəmər
  • Geyilməsində rahatlıq
  • Asan quraşdırma mexanizmləri