MƏHSULLAR

AĞILLI  VİTRİN

Ağıllı Vitrin vitrinləri toxunuşla idarə olunan kompüter monitoruna çevirməyə imkan verir. Hüquqi və fiziki şəxslərin telefon nömrələrinin axtarışını, verilən ərazidən son ünvanın daxil edilməsi yolu ilə bütün mümkün alternativ marşrutlar haqqında məlumatın əldə edilməsini, ödəniş sistemləri, səsvermə sistemləri və s. kimi servislərin istifadəsini təmin edir.

 

FUNKSİONAL İMKANLAR:

  • Telefon kitabçası
  • Səyahət kartları
  • Mağaza məhsullarının reklamı
  • Nəqliyyat kitabçası
  • Səsvermə sistemi
  • Seçkiqabağı reklam
  • Ödəmə sistemləri
  • Elektron qəzet

Vitrinin sensor ekranı müxtəlif ölçülərdə ola bilər. Küçələrdə müxtəlif xidmət və informasiya mənbələrinə portativ kompüterə qoşulma vasitəsi ilə (bu da öz növbəsində İnternetə və ya digər kompüter şəbəkəsinə qoşulur) daxil olmaq imkanına malikdir.