MƏHSULLAR

MOBİL SƏRHƏDÇİ

“Mobil sərhədçi” qurğusu sərhəd xidməti əməkdaşları tərəfindən mobillilik və rahat hərəkət imkanı tələb edilən şəraitdə (məs: gəmi göyərtəsində, qatar vaqonlarında, hava limanlarında yük və tranzit reyslərin rəsmiləşdirilməsi zamanı) müvafiq nəzarəti həyata keçirmək üçün nəzərdə tutulmuşdur.

FUNKSİONAL İMKANLAR:

  • Sənədlərin maşınla oxuna bilən zonanın (MRZ) skan edilməsi və tanınması;
  • Kontaktsız interfeysə malik elektron daşıyıcısından (RFİD) məlumatların oxunması;
  • Keyfiyyətli üz təsvirinin alınması, iki barmaq izinin eyni vaxtda götürülməsi;
  • Sərhəd nəzarəti prosedurlarının yerinə yetirilməsi;
  • Alınan məlumatların yoxlanılması;
  • Səyahət sənədlərinin aktuallığına nəzarət və onların tamlığının yoxlanılması.

QURĞUNUN TƏRKİB HİSSƏLƏRİ:

  • Ekran;
  • Kompüter;
  • Pasport skaner;
  • Barmaq izi skaneri;
  • Kamera;
  • Batareya;
  • Şarj cihazı.