ORTA PUA V1
Orta Yükgötürmə Qabiliyyətli Pilotsuz Uçuş Aparatı V1
PUA – məsafədən idarə olunan Pilotsuz uçuş aparatıdır. PUA müxtəlif təyinatlı professional qurğularla təchiz olunaraq, insanlar üçün təhlükəli olan şəraitlərdə asanlıqla hərəkət edərək əmrləri yerinə yetirir. PUA modul quruluşa malik olub istənilən sahədə müxtəlif funksiyaları asanlıqla yerinə yetirir:
- Ərazinin monitorinqi.
- Kənd təsərrüfatı sahəsi.
- Xilasetmə işləri.
- Digər məqsədlər.
TEXNİKİ XÜSUSİYYƏTLƏR:
- Maksimal üfüqi uçuş sürəti – 60 km/saat.
- Maksimal uçuş müddəti – 45 dəqiqə.
- Maksimal enmə sürəti – 4 m/san.
- Maksimal bucaq sürəti – 120 dərəcə/san.
- Maksimal hündürlük yığma (qalxma) sürəti – 5 m/san.
- Maksimal uçuş hündürlüyü – 120 m (standart).
- İdarəetmə tezliyi – 2.4 GHz/5,8 GHz.
- Uçuşa nəzarət naviqasiyası – GPS /GLONASS.
- Mühərrik sayı – 4 ədəd.
- Qabarit ölçülər – 1150*840*360 mm.
- Kütləsi – 5 kq.
- Yükqaldırma qabiliyyətli – 2.5 kq.