MƏHSULLAR

PREFABRIK EVLƏR

Ev tikintisi dəqiq hesablama və layihələnmə tələb edir. Tipik tikinti obyektinin iş istehsalının yüksək standartlarına riayət etməklə ən qısa zamanda təhvil verilməsi tələb olunan hallarda yığma/modul (prefabricated) evlər ideal həlldir.. Blokların istehsalını, onların logistikasını və yerində yığımını birləşdirən yığma sürətli tikililərin montajı şəklində ənənəvi tikintiyə alternativ hazırda planetimizin bütün bölgələrində müstəqil sahədir. Tikintinin sürətli tikintisi texnologiyasının əsası gələcək binanın hissələrlə ixtisaslaşmış istehsalat meydançalarında istehsalı (məhz
istehsalı!) sonradan tikilməkdə olan evin yerində yığılmasından ibarətdir.

MODUL EVİN KONSEPSİYASI

Modul tikintinin əsasında konstruktor kimi, modul detallardan ibarət yığma evin quraşdırılması texnologiyası dayanır. Onlardan lazımi konfiqurasiyalar layihələndirilir, detallar zavod şəraitində hazırlanır, modullar dəsti sahəyə gətirilir və sayılı günlər ərzində quraşdırılma hyata keçirilir. Hazırlanmış modullar norma və satndartlara tam cavab verir, bu da zavodun texniki imkanları və istehsalın təşkilinin konveyer prinsipi ilə şərtlənir.

YIĞILAN EVİN KONSEPSİYASI

Yığılan evin konsepsiyası xüsusi konkonstruksiyanın istənilən sahədə bütöv evə sürətli transformasiyasını (yerləşdirilməsini), o cümlədən zərurət yaranacağı halda onun nəql üçün yararlı vəziyyətə geri transformasiyasını (yığılmasını) nəzərdə tutur. Bu cür evin ayrıcağılığı ondan ibarətdir ki, sifarişçi bu texnologiyanı seçməklə praktiki olaraq mobil ev əldə etmiş olur.

Bu növ evlərin üstünlükləri aşağıdakı vəziyyətlərdə aydındır:

  • Təbii fəalkətlərin nəticələrinin aradan qaldırılması;
  • Fövqəladə hallar zamanı yardımın göstərilməsi;
  • Qaçqınların və məcburi köçkünlərin yerləsdirilməsi.

MODİFİKASİYALAR

Yığma sürətli tikilə bilən ev həmçinin əlavə sistemlərlə təchiz oluna bilər.

“AĞILLI EV” SİSTEMİNƏ AŞAĞIDAKI KOMPONENTLƏR DAXİLDİR:

  • Ağıllı su sayğacı;
  • Ağıllı qaz sayğacı;
  • Ağıllı elektrik enerji sayğacı;
  • Su və havanın təmizlənməsi və zərərsizləşdirilməsi sistemi (“Antivirus”);
  • Video nəzarət və təhlükəsizlik sistemi;
  • Ağıllı ev;
  • Ağıllı mebel;
  • Ağıllı işıqlandırma elementi (lampa, spot);
  • Mərkəzləşdirilmiş işıqlandırma və multimedianın idarəedilməsi sistemi və s.;
  • Mikroqlimin idarəedilməsi sistemi.

EVİN AVTONOMLUĞUNU TƏMİN EDƏN SİSTEMLƏR:

  • Günəş panelləri;
  • Külək generatoru;
  • Suyun havadan generasiyası;
  • Günəş kollektorları.

TƏTBİQ SAHƏSİ:

  • Modul tipli xəstəxanalar;
  • Sosial mənzil;
  • Otellər, hostellər;
  • İnzibati binalar;
  • Sərhəd zastavaları, müvəqqəti keçid məntəqələri və s.

SÜRƏTLİ TİKİNTİ TEXNOLOGİYALARI SON MƏHSULUN YÜKSƏK KEYFİYYƏTİNƏ AŞAĞIDAKI ŞƏRTLƏRLƏ NAİL OLMAĞA İMKAN VERİR:

  • Robotlaşdırılmış texnoloji xəttlərin və RPİ ilə dəzgahların tətbiqi;
  • Xammalın keyfiyyətinə daimi nəzarət;
  • Elementlərin hazırlanması texniki prosesinə fasiləsiz nəzarət;
  • Binanın hazır elementlərinin keyfiyytinə çıxış nəzarət.
  • Tikinti müddətinin mühüm dərəcədə azalmasına aşağıdakı hallarda nail olunur:
    • Hava şəraitindən asılı olmamağın təminatı;
    • Fasiləsiz tikinti üsullarının tətbiqi;
    • Tikinti meydançasında çox sayda müxtəlif ixtisaslı işçilərin yerləşdirilməsi və dəyişdirilməsi zərurətinin olmaması;
    • Çox sayda tikinti texnikası və mexanizmlərin yerləşdirilməsi və dəyişdirilməsi zərurətinin olmaması.
  • Ehtiyatların mühüm dərəcədə qənaətinə aşağıdakı halda nail olunur:
    • İstehsalat proseslərinin optimallaşdırılması;
    • Ehtiyatlı istehsal üsullarının tətbiqi;
    • Logistika əməliyyatlarının azalması.

Yığma tikinti nəzarət olunan istehaslat şəraitində müəyyən standartlara uyğun həyata keçirildiyinə görə konstruksiya qovşaqları eyni proqnozlaşdırılmış keyfiyyətlə istehsal olunur.