Ağıllı avtobus –müasir texnoloji avadanlıqlarla təchiz edilmiş yerüstü sərnişin nəqliyyat vasitəsidir. Ağıllı avtobus özündə bort kompüter funksiyalarını saxlamaqla sürücülərin avtobusu idarə etmə imkanlarını rahatlaşdırmaq, avtobusa və onun ətrafında baş verən prosesslərə, sərnişinlərə nəzarət etmək, sərnişinlərin vaxtlarını səmərəli keçirməsini təmin etmək, nəqliyyatdan rahat istifadəni təmin etmək, yollada avtomobillərin hərəkətinə nəzarət etmək üçün nəzərdə tutulmuşdur.