MƏHSULLAR

AĞILLI EYNƏK

Ağıllı eynəklərin yaradılmasında əsas məqsəd görmə məhdudiyyətli və ya görmə çətinliyi olan insanların müxtəlif sahələrdə inkişaf etməsinə və uğur qazanmasına şərait yaratmaqdır. Ağıllı eynəyin əsas vəzifəsi görmə qabiliyyətini itirmiş insanlara yazılmış mətnin səs mətninə çevrilməsini və bu mətnin səsləndirməsini təmin etməkdən ibarətdir. Eynəklərin tətbiqi təhsil eləcə də digər sahələrdə səmərəliliyi təmin edir. Görmə məhdudiyyətli insanlar hər hansı çap və ya əlyazma mətnini şəkillərdən asanlıqla səsləndirib qulaq asa biləcəklər.

Məhsulun struktur və tərkib hissələri:

Aparat təminatı:

  • idarəetmə kompüteri (Single bort);
  • Kamera;
  • GSM (LTE) modul;
  • GPS/ GNSS modulu;
  • Bluetooth, Wi-Fi modulları;
  • Daxili audio nitq ötürmə sistemi – mikrofon;
  • Quraşdırılmış səs ötürmə sistemi – spiker (qulaqcıqlar);
  • Enerji təchizat bloku;

Proqram təminatı:

  • Əməliyyat sistemi;
  • İxtisaslaşdırılmış proqram təminatları.