MƏHSULLAR

AĞILLI KAMERA

Özlərinin mövcudluğu dövründə videomüşahidə sistemləri inkişafın bir neçə mərhələsindən sonra yeni eraya qədəm qoyublar. Əşyaların tanınması sistemləri və süni intellekt texnologiyası əsasında veb-alətlərin sayəsində videoçəkiliş üçün kameralar zamanla ağıllı qurğulara çevrilmişlər. Beləliklə, kameralar yalnız təhlükəsizlik sahəsində deyil, iqtisadiyyat, tibb və təhsil kimi digər sahələrdə də istifadə olunur.

“İDRAK Texnoloji Transfer” MMC tərəfindən hazırlanmış ağıllı kamera, real vaxt rejimində videodan məlumatların avtomatlaşdırılmış şəkildə toplanması üçün istifadə edilə bilən avadanlıq və proqram təminatı ilə təchiz edilmiş cihazdır. Bu cihazda bir sıra görüntülərin tanınması alqoritmi və məlumatların sistemləşdirilməsi və emalı prinsipləri tətbiq edilir.

TƏTBİQ:

Bu kameralar müxtəlif sahələrdə istifadə edilə bilər:

  • Təhlükəsizlik (mühafizə): tanıma sistemi, avtomobil nişanını tanıma sistemi, üz tanıma və ya davranış analizi cinayətkarların tez müəyyən etməyə və neytrallaşdırmağa kömək
  • İstehsal: maşın görmə, videoanaliz və robotlar istehsalın avtomatlaşdırılması üçün istifadə olunur. Bu, personal üçün olan xərcləri azaldacaq və istehsalın həcmi və keyfiyyətini artırmağa imkan verəcək.
  • Kənd təsərrüfatı: CCTV kameralarla təchiz edilmiş pilotsuz uçuş aparatları əkin və meşə sahələrinin mövcud vəziyyəti və daha səmərəli istifadəsi barədə məlumat ötürə bilər.

TEXNİKİ TƏMİNAT:

  • Süni intellekt ilə mini PK;
  • Real vaxtda videoanalitika;
  • İnfraqırmızı və adi çəkiliş;
  • Videoarxivlərin qeyd edilməsi;
  • Administrator tərəfindən video nəzarət.