“Ağıllı Sayğac” – smart sayğaclar AMI-nin (Advanced Metering Infrastructure) əsasını təşkil edir.Bu sayğaclar Ümumdövlət İntellektual Ölçmə İnfrasrukturunun, istənilən növ (işıq, su, qaz…) bütün sayğacların vahid şəbəkəyə inteqrasiyasının əsasını qoyacaq.
Sistem aşağıdakı modullardan ibarətdir:
Bütün bu xidmətlər sayğacın istifadə rahatlığı və avtomatik olaraq elektrik təchizatçısı sisteminə qoşulması üçün istifadə olunur. Eyni zamanda, əl parametrləri həcmi minimuma endirilir. Bu isə öz növbəsində “insan amili” ni – əl ilə daxil olma səhvlərini və qanunsuz əməliyyatlar cəhdlərini minimuma endirir. Şəbəkəyə qoşulan zaman istənilən sayğac istehlakçının şəxsiyyət vəsiqəsini NFC kanalı ilə oxuyacaq. Şəxsiyyət vəsiqəsindəki məlumatlar sayğacın quraşdırıldığı ünvanı dəqiqləşdirmək (Ünvan Reyestri), istehlakçının identifikasiyası (Əhalini Reyestri), məlumatların kriptoqrafik mühafizəsi sistemində (PKI sistemi) qeydiyyatdan keçirilməsi və “Ödəniş sistemi”ndə hesab açmaq üçün istifadə olunacaq.
Bu sistemlərlə avtomatik inteqrasiya hər iki tərəfin maraqlarını qorumaq və gələcəkdə bir çox əlavə xidmətləri təmin etmək üçün nəzərdə tutulmuşdur.
Məsələn, əgər insanın bir neçə obyekti (evləri, mənzilləri, bağ evləri və s.) varsa, o istənilən belə sayğacdan onları idarə edə, həmçinin bütün bu xərcləri ödəyə bilər.