MƏHSULLAR

“Think İD2” – BİOMETRİK TERMİNALI

 

THINK İD2 məlumatların daxil edilməsi terminalı – yeni nəsil şəxsiyyət vəsiqəsini almağa imkan verən bir aparat kompleksidir. Qurğu bütün informasiyanın təhlükəsizlik tələblərinə riayət edilməklə biometrik və fərdi məlumatların toplanması üçün nəzərdə tutulmuşdur. Qurğu qısa müddət ərzində şəxsin fərdi biometrik xüsusiyyətlərinin (üzün, barmaq izinin, imzanın rəqəmsal şəkilləri) qeydiyyatını aparır.

FUNKSİONAL İMKANLAR:

  • Üzün dəqiq və keyfiyyətli təsvirinin alınması;
  • Barmaq izlərinin dəqiqliklə skan edilməsi;
  • Şəxsi imza təsvirinin alınması;
  • Sürətli quraşdırılma zərurəti yarandıqda (məs: vətəndaşların stasionar mərkəzlərə gəlişi mümkün olmadıqda) fərdi və biometrik məlumatların qeydiyyatının təmin olunması.

 

ÜSTÜNLÜKLƏRİ:

  • Rahat və sadə istifadə;
  • Qeydiyyat prosesinin asan və sürətli olması;
  • Modul konstruksiya və müasir dizayn;
  • Avadanlıqların sadə və asan yolla təkmilləşdirilməsi;
  • Əlavə komponentlərin quraşdırılması imkanı;
  • 4 barmaq izini eyni anda götürmək imkanı.