“SHANS” Elektron Monitorinq Sistemi – “SHANS” elektron monitorinq sisteminin əsas məqsədi məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərin davamlı olaraq izlənilməsi, onlara tətbiq edilmiş məhdudiyyətlərə əməl etmələrinə nəzarət etmək, məlumatların avtomatlaşdırılmış şəkildə toplanmasını və işlənməsini təmin etməkdir.
“SHANS” elektron monitorinq sistemi vasitəsilə aşağıdakı şəxslər daimi nəzarətdə saxlanılır:
Elektron monitorinqi sistemi aşağıdakı cihazlardan ibarətdir:
Avtonom qolbaq– məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və baş vermiş hər bir məlumatı monitorinq mərkəzinə GSM modulu vasitəsilə ötürən elektron cihazdır. Avtonom qolbağı elektron qolbaqdan fərqləndirən GSM və GPS modullarının qolbağın içərisində olmasıdır.
“SHANS” Beacon – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron cihazdır. Beacon, siqnalların radiotezliklər (Bluetooth BLE 5.0) vasitəsilə ötürücüsü, enerji ehtiyatı, işlək olması indikatorları, enerji mənbəyindən ayrılması, fiziki və proqram müdaxiləsi, habelə yerdəyişməsi detektorları ilə təchiz edilmiş, stasionar və əlavə ehtiyat enerji qida mənbəyini dəstəkləyir.
Beaconun əsas məqsədlərindən biri tətbiq edilən məkanda elektron qolbağın simsiz şəbəkəsinin əhatə dairəsini genişləndirməkdir. Belə ki, o, qolbağın vəziyyəti haqqında məlumatları bir neçə beacon vasitəsilə təhkim edilmiş cihaza ötürə bilir.
“SHANS” Elektron qolbaq-məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və cihaz haqda məlumatı monitorinq mərkəzinə mobil qurğu vasitəsilə ötürən elektron cihazdır.
“SHANS” mobil qurğu– elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan, onun coğrafi mövqeyini və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır.
Mobil qurğunun məqsədi nəzarət edilən şəxs tərəfindən icazə verilən zonanın perimetrinin pozulması, elektron qolbağın və məhkuma təhkim edilən digər elektron qurğuların cari vəziyyətini monitorinq mərkəzinə göndərmək, biometrik eyniləşdirilmələrin aparılması, lazım olduqda monitorinq mərkəzi ilə audio zənglərin edilməsini təmin etməkdir.