ELEKTRON ŞV VERİLMƏSİ SİSTEMİ
Elektron şəxsiyyət vəsiqəsi (eID) – ölkə daxilində sahibin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən və bir sıra ölkələrdə getdikcə daha geniş tətbiq olunan dövlət sənədidir.
Şirkət tərəfindən işlənib hazırlanmış elektron şəxsiyyət vəsiqələrinin verilməsi sistemi vətəndaşların yuxarıda göstərilən sənədlərlə (məlumatların toplanması, yoxlanılması, istehsalı və verilməsi) təminatının bütün dövrünü və vətəndaşların şəxsi məlumatlarının və onların sənədlərinin ən yüksək təhlükəsizlik səviyyəsini təmin edir.
Funksional imkanlar
- Xüsusi modul istifadə edərək, ərizəçi məlumatlarının daxil edilməsi:
- Fərdi məlumatlar
- Əvvəlki şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə kimi ilkin sənədlər haqqında məlumatlar
- Biometrik məlumatlar – İCAO və ISO Beynəlxalq Standartlarına uyğun olaraq yoxlanılmasının həyata keçirilməsi ilə üz, barmaq izlərinin, gözün qüzəhi qışasının təsvirləri
- Şəxsiyyət vəsiqəsinin emalı və verilməsi üçün lazım olan əlavə məlumatlar, o cümlədən əhalinin reyestri və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kimi xarici dövlət resurslarından veb-servislərin köməyi ilə alınan ünvanlar və daşınmaz əmlak reyestri
- Xüsusi yoxlama modulu istifadə edərək ərizəçi məlumatların yoxlanılması:
- ŞV almaq üçün ərizə verilməsi səbəbləri
- Bir və ya daha çox müxtəlif məlumat toplama nöqtələrində ŞV almaq üçün eyni vaxtda müraciət edilməsi hallarının müəyyən edilməsi və qarşısının alınması
- Ərizəçinin qəbul edilmiş biometrik məlumatlarının Dövlət Biometrik Bankında verilmiş biometrik məlumatlarla verifikasiya və eyniləşdirmə vasitəsilə uyğunsuzluq hallarının aşkar edilməsi
- Məhdudiyyətlərin siyahısı ilə ərizəçinin şəxsi məlumatları və ilkin sənədi haqqında məlumatın yoxlanılması
- Vəsiqənin istehsalı və ya ərizənin rədd edilməsi haqqında qərar qəbul edilməsi
- Elektron sənədlərin xüsusi fərdiləşdirmə sistemini istifadə edərək sənəd istehsalı:
- İstehsalat tapşırıqların prioritetləri və verilmə yerləri üzrə bölgüsü
- Lazer oyma və ya çap vasitəsilə vizual fərdiləşdirmə
- İCAO PKİ və milli PKI kimi xüsusi kriptoqrafik alt sistemlərlə inteqrasiyadan istifadə edərək çipin elektron kodlaşdırılması
- Avtomatik və əl ilə əsas və fərdiləşdirilmiş məlumatların yoxlanılması daxil olmaqla, həm vizual, həm də elektron fərdiləşdirilməsini müvəffəqiyyətlə təmin edən xüsusi qurğular və proqramlardan istifadə edərək keyfiyyətin yoxlanılması (QA)
- Təkrar fərdiləşdirmə və istehsaldan imtina proseslərinin idarə edilməsi
- Qəbul edənin biometrik eyniləşdirilməsini həyata keçirmək imkanı ilə xüsusi moduldan istifadə etməklə vətəndaşa hazır vəsiqənin verilməsi
- Mövcud istifadə edilmiş və yararsız blanklarının inventarlaşdırması
- Elektron veb-servislərdən istifadə etməklə həyata keçirilən vəsiqələr haqqında məlumatların xarici dövlət orqanlarına təqdim edilməsi.
Bu cür vəsiqələr əksər hallarda, ID-1 formatlı plastik kartlar şəklində, elektron daşıyıcı ilə istehsal olunur və bu kartlar aşağıdakı mümkün təyinatlarla müxtəlif proqramlar dəstlərini əhatə edir:
- ICAO tövsiyələrinə uyğun olaraq elektron səyahət sənədi (eMRTD)
- Identifikasiyası və elektron imza sertifikatları ilə milli PKI kartı (ePKİ eAuth/eSign, eİDAS)
- Sağlamlıq kartı (eHealth)
- Sürücülük vəsiqəsi (eDriverLicense)
- İxtisaslaşdırılmış daxili proqram
Texniki təminat:
- Biometrik terminal;
- Təmassız RFID oxuyucu ilə tam səhifə sənəd skaneri;
- Sənədlərin portativ skaneri MRZ OCR;
- Ethernet və USB interfeysi ilə videokameralar;
- Fotokameralar;
- Barmaq izlərinin skanerləri;
- Gözün qüzəhi qişasının skanerləri;
- Sənədlərin planşet skanerləri;
- Fərdiləşdirilmiş lazer oyma maşınları;