HƏLLƏR

“SMART SCHOOL” (AĞILLI MƏKTƏB)

“Smart School” elektron tədris sistemi rəqəmsal texnologiyaların köməyi ilə bilik və bacarıqların öyrədilməsi sistemidir. Sistemin məktəblərdə tətbiq edilməsinin əsas məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə əsaslanan rahat və əlverişli mühitin yaradılmasıdır.

“Smart School” sistemi avtomatlaşdırılmış informasiya sistemləri sinfinə aiddir. Texniki cəhətdən, sistem informasiya təminatı da daxil olmaqla, proqram-aparat kompleksi kimi həyata keçirilir və onu funksional olaraq aşağıdakı komponentlərə bölmək olar:

E-KİTABXANA

  • Qeydiyyat sistemi
  • Elektron kataloq sistemi
  • Ətraflı axtarış sistemi
  • Sifariş sistemi
  • Kitab satın/alma və yükləmə sistemi
  • Video materialların alınması və yüklənməsi sistemi
  • Tədris – əyani modellərin və digər müavinətlərin alınması və yüklənməsi sistemi
  • Kitabxana monitorinq sistemi və s.

İNFORMASİYA AXTARIŞ VƏ HESABAT SİSTEMİ

  • Dərs cədvəllərinin nəzərdən keçirilməsi və göstərilməsi proqramı
  • Şagird haqqında müxtəlif məlumatların alınması
  • Müxtəlif sinif məlumat və hesabatların əldə edilməsi
  • Test imtahanları və hesabatlar və s. haqqında müxtəlif məlumatların alınması.

MONİTORİNQ SİSTEMİ

  • Dərs cədvəlinin yaradılması və idarə edilməsi
  • Analitik hesabat sistemi
  • Şagirdlərin akademik performansı
  • Şagirdlərin qiymətləndirilməsi
  • Test imtahan sistemi
  • Dərsin real vaxt rejimdə müşahidə edilməsi
  • Mübahisələrin həlli sistemi
  • Sağlamlıq vəziyyətinin monitorinqi
  • Məktəb bufetində sifariş
  • Məktəb avtobusu
  • Reklam sistemi
  • Məktəbin məlumat bazası

İNTERNET PORTAL

  • Məktəb haqqında ümumi məlumat
  • Siniflər, məzunlar, müəllimlər
  • Video arxivlər
  • Dərs cədvəli
  • Məktəb və sinif göstəriciləri
  • Elanlar
  • Tədbirlər və s.

AĞILLI SİNİF OTAĞI

  • e-Kitab proqramı
  • e-Dəftər proqramı
  • Mövzu tapşırıq proqramları
  • e-Gündəlik proqramı
  • e-İmtahan proqramı
  • e-Jurnal proqramı
  • Dərs idarəetmə proqramı
  • Davamiyyətə nəzarət
  • Ev tapşırıqları sistemi
  • İnteraktiv lövhə və təlim sistemi
  • Test sistemi
  • Məktəbin Məlumat Bazası
  • Məktəb serverləri
  • Mərkəzi kommutator

“Ağıllı sinif” bilavasitə tədris prosesi ilə bağlı bütün modulları birləşdirir və tədris prosesinin bütün iştirakçıları üçün rahat imkanlar mühiti yaradır.

e-Jurnal aşağıdakı funksiyaları yerinə yetirir:

  • Şagirdlərin davamiyyətinin qeydiyyatı
  • Ev tapşırığının yerinə yetirilməsi nəticələrinin qeydiyyatı
  • Şagirdlərin qiymətlərinin (fənni göstərən bir işarə ilə) qeyd edilməsi
  • Dərs cədvəlinin hazırlanması qeydiyyatı

e-Gündəlik şagirdin dərs cədvəlini, fənn müəllimləri, bütün dərslər üzrə davamiyyəti, ev tapşırıqlarını, dərslərdən alınan qiymətləri göstərir. Şagirdlərin dərslərə davamiyyət qeydləri “iştirak səviyyəsi”nin qiymətləndirilməsi ilə də tamamlanır.

MÜƏLLİM TERMİNALI

  • e-Jurnal proqramı
  • Davamiyyətə nəzarət
  • e-Kitab proqramı
  • e-Dəftər proqramı
  • “Elektron dərs”

ŞAGİRD TERMİNALI

  • e-Kitab proqramı
  • e-Dəftər proqramı
  • e-Gündəlik proqramı
  • “İnteraktiv lövhə”
  • “Məsafədən təlim”

e-Lövhə sensorlu ekran, proyektor, mikrofon, səsgücləndirici, kamera, kompüter və xüsusi proqram təminatından ibarət olan bir qurğudur. e-Lövhədə xüsusi qələm ilə yazmaq mümkündür. Sistem elektron kitabxanadan istənilən materialı (dərsliklər, dərs vəsaitləri, şagirdlərin dəftərlərindən səhifələr, videofilmlər, 3D animasiyalar, şəkillər) elektron lövhəyə çıxarmağa və onlarla işləməyə imkan verir. Elektron lövhə üzərində yazılmış məlumatları yaddaşda saxlayır və üfiqi  istiqamətdə səhifələri vərəqləməyə icazə verir.

e-Dərslik (e-Kitab) “Elektron kitabxana”- dan hər hansı elektron dərslik və digər tədris materiallarını yükləməyə imkan verir.

   Əsas xüsusiyyətləri:

  • Yüklənmiş materialların yerləşdirilməsi ilə şəxsi e-Kitab rəflərinin yaradılması
  • Hər hansı bir səhifəyə birbaşa keçid imkanı ilə elektron dərsliyin gözdən keçirilməsi
  • Dərsliyin səhifələnməsi (kağız kitabı çevirmək təqlidi ilə)
  • Hər hansı bir səhifə, paraqraf, sözlərin “İşarələnməsi” və işarələmədən istifadə etməklə, sürətli axtarışın həyata keçirilməsi və s.

e-Dəftər aşağıdakı imkanlar ilə təmin edir:

  • Xüsusi qələm istifadə edərək yazının əlyazma ilə daxil edilməsi ( əlyazma mətni rəqəmsal mətnə çevrilə bilər);
  • Bütün tapşırıqları, o cümlədən ev tapşırıqlarını, bilavasitə elektron dəftərdə yerinə yetirmək;
  • Elektron dəftərlərin müəllim tərəfdən yoxlanılması (şagird həllərinin qiymətləndirməsi, qeydlərin “qırmızı qələm” ilə edilməsi) və s.