HƏLLƏR

“TƏHLÜKƏSİZ ŞƏHƏR” SİSTEMİ

“Təhlükəsiz Şəhər” sistemi  – hadisələrə operativ və düzgün cavab verilməsinin, qərarların qəbulunun dəstəklənməsinin, həmçinin fövqəladə hadisələr və böhran  vəziyyətləri zamanı insan, ekspert və  texniki resursların idarə edilməsinin kompleks sistemidir. “ Təhlükəsiz Şəhər” sistemi mövcud təhlükəsizlik sistemləri ilə əlaqəlidir və bu sistemlər arasında hərəkətlərin əlaqələndirilməsi funksiyasını yerinə yetirir, həmçinin informasiya mübadiləsi üçün inteqrasiya platformasını təqdim edir.

Videomüşahidə texniki vasitələrlə təhlükəsizliyin təmin edilməsinin ən effektiv və əsas üsullarından biridir.

Videoanalitika — real vaxt rejimində videomüşahidə kameralarından və ya “Məlumatların Emalı Mərkəzi”nin  arxiv qeydlərindən daxil olan görüntülərin videoanalizinə əsasən məlumatların avtomatlaşdırılmış toplanması üçün aparat-proqram təminatı və ya texnologiyasıdır.

“Videoanalitika” alt sisteminin məqsədi:

  • Obyektin (insan, bir qrup adam, nəqliyyat vasitəsi) və fövqəladə halların (tüstü, od) avtomatik aşkarlanması və identifikasiyası;
  • Nəzarət zonalarında hərəkətin aşkarlaması;
  • Audio və video arxivləşdirilməsinin tətbiqi;
  • Hadisə meta məlumatlar arxivinin yaradılması;
  • Arxiv ilə qeydiyyatdan keçən məlumatların müqayisəsi;
  • Arxivdəki hadisələri (tarixi və vaxtı, kamera sayı, və ) axtarmaq bacarığı imkanı.

“Biometrik identifikasiya” vətəndaşların real vaxt rejimində üz şəkillərinə görə tanınması üçün nəzərdə tutulmuşdur. Şəxsiyyətin identifikasiyası müşahidə kameralarından vətəndaşların foto şəkillərinin qeydə alınmış siyahılarla (şablon təsvirlərinin əsasları) əldə edilmiş şəkilləri uyğunlaşdırmaqla həyata keçirilir.

“Biometrik identifikasiya” altsistemi aşağıdakıları təbliğ edir:

  • Axtarışda olan və ictimai asayişi pozan şəxslərin operativ aşkarlanması
  • Cinayətlərin aşkarlanmasının artırılması
  • İctimai yerlərdə baş verə biləcək terror hadisələrinin qarşısının alınması və təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin vaxtında görülməsi
  • Kameranın görünüşü sahəsindəki bütün üzlərin şəkillərinin eyni vaxtda çəkilməsi
  • Biometrik siyahıları istifadə edərək şəkillərin identifikasiyası
  • Çəkilən üz şəkillərinin müvafiq məlumat bazalarında qeydiyyatı
  • Bir şəxsin bir və ya bir neçə müşahidə obyekti boyunca hərəkət trayektoriyalarının sonrakı təhlili məqsədilə video monitorinq sahələrindən keçən bütün insanların üzlərinin şəkillərinin avtomatik çəkilməsi
  • Bir saniyədən çox olmayan alt sistemin cavab müddəti əldə etmək bacarığı
  • Məhdudiyyətsiz sayda şəkil çəkmə mənbələrinin qoşulmaq və istifadə imkanı

FUNKSİONAL İMKANLARI:

  • Videomüşahidə kameralarının yerləşdiyi yerin rəqəmsal xəritədə göstərilməsi;
  • Müxtəlif alqoritmləri ilə audio və video məlumatları təhlil etmək imkanı;
  • İstifadəçilərə onların səlahiyyətləri çərçivəsində arxivə girişin təmin edilməsi;
  • Analitik modulların əlavə edilməsi və quraşdırılması;
  • “Biometrik identifikasiya” modulun quraşdırılması;
  • Audio – və video məlumatların online yayım imkanı;
  • Videoanalitika nəticələrin vizuallaşdırma imkanı;
  • Audio və video axınlarının, indekslərin və analitik məlumatların arxivləşdirilməsi;
  • Arxivin müəyyən şərtlərlə video fraqmentləri axtarış qabiliyyəti ilə baxılmasının təmin edilməsi;
  • Arxiv məlumatların müxtəlif formatlarda ixrac edilməsi imkanı.